5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

ABŞ-nin müharibə və sülhün vaxtını müəyyən etməsinə imkan verməyəcəyik - İran

İran ABŞ-nin ölkəyə müharibə və ya sülhün vaxtını diktə etməsinə imkan verməyəcəyini bəyan edib. Tehran eyni zamanda zərurət yarandıqda həm diplomatik, həm də müdafiə vasitələrindən istifadə edəcəyini vurğulayıb. Onun sözlərinə görə, İran yaranmış vəziyyətdən asılı olaraq həm müdafiə imkanlarından, həm də diplomatik vasitələrdən istifadə etməyə hazırdır.

27 İyul 2026 14:26
ABŞ-nin müharibə və sülhün vaxtını müəyyən etməsinə imkan verməyəcəyik - İran

BAKI,VOA, Fərid Mikayılov

İran ABŞ-nin ölkəyə müharibə və ya sülhün vaxtını diktə etməsinə imkan verməyəcəyini bəyan edib. Tehran eyni zamanda zərurət yarandıqda həm diplomatik, həm də müdafiə vasitələrindən istifadə edəcəyini vurğulayıb.

VOA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranda keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, İran heç vaxt ABŞ-nin müharibə və sülhün vaxtını müəyyən etməsinə icazə verməyib və bundan sonra da verməyəcək.

Onun sözlərinə görə, İran yaranmış vəziyyətdən asılı olaraq həm müdafiə imkanlarından, həm də diplomatik vasitələrdən istifadə etməyə hazırdır.

Mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə imzalanan mülki nüvə sazişinin Ər-Riyadın İbrahim sazişlərinə qoşulmasından asılı olacağı barədə açıqlamasına da münasibət bildirilib.

Bəqai qeyd edib ki, Vaşinqton bu məsələ ilə bağlı mövqeyini qısa müddətdə dəyişərək yeni şərt irəli sürüb. O bildirib ki, bu yanaşma ABŞ administrasiyasının uzun illərdir nümayiş etdirdiyi siyasətin davamıdır.

İran XİN sözçüsü, həmçinin vurğulayıb ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) üzv olan bütün dövlətlərin dinc məqsədli nüvə proqramı həyata keçirmək hüququ var və bu hüquq beynəlxalq sənədlərlə tanınır.

Məqalədə: #İran #ABŞ #Tehran #Vaşinqton #İsmayıl Bəqai

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.