9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) iqtisadi perspektivin reallaşması üçün üç aydın təklif irəli sürür.

1 Sentyabr 2026 10:18
İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

BAKI,VOA

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) iqtisadi perspektivin reallaşması üçün üç aydın təklif irəli sürür.

İran Prezident Aparatının informasiya portalının məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Qırğızıstan paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı bildirib.

“Birinci təklif üzv ölkələr arasında ödənişlərin milli valyutalardan daha geniş şəkildə istifadə olunmasına dair maliyyə və bank əməkdaşlığının möhkəmləndirilməsidir. Birgə şəkildə ödəniş mexanizmlərinin yaradılması və maliyyə təminatı sonda Şanxay Əməkdaşlıq Təşkilatı Bankının yaradılması ilə nəticələnəcək. Bu da üzv ölkəlkərin iqtisadi əməkdaşlıq potensialının artması, ticarət zəncirində maneələrin azalması üçün effektiv addımdır”, -deyə o qeyd edib.

İran Prezidenti əlavə edib ki, ikinci təklif Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ixrac və investisiya sığorta birliyinin yaradılması məqsədilə ticarət və investisiyaya dəstək qurumlarının inkişaf etdirilməsidir. Ümid olunur ki, bu təklif üzv ölkələrin həmrəyliyi ilə arzulanan nəticəyə çatacaq.

Pezeşkian deyib ki, üzv ölkələrin müxtəlif enerji məhsullarının istehsalı və istehlakında yüksək potensialını nəzərə alaraq enerji təhlükəsizliyinin möhkəmləndirilməsi İranın irəli sürdüyü üçüncü təklifdir. Şanxay Əməkdaşlıq Təşkilatı Enerji Konsorsiumunun yaradılması təşkilata üzv ölkələrin yerləşdiyi böyük coğrafiyada enerji istehsalı, daşınması və istehlakında stabil örnək olaraq üzv ölkələr üçün müsbət nəticələrə və təşkilatın dünyanın enerji bazarındakı mövqeyinin möhkəmlənməsi ilə nəticələnə bilər.

Pezeşkianın sözlərinə görə, ötən illərin təcrübəsi açıq-aydın göstərir ki, təhlükəsizlik və inkişaf bir-birindən ayrı ola bilməz. Şanxay Əməkdaşlıq təşkilatı həm təhlükəsizlik, həm də iqtisadi aspektlərdə effektiv rola sahib ola bilər. Təşkilat daxili ticarətin inkişafı, gömrük fəaliyyətlərinin sadələşdirilməsi, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, limanlar və logistika mərkəzlərinin birləşdirilməsi, tranzit imkanlarının artırılması, təminat şəbəkələrinin möhkəmləndirilməsi hiss olunacaq əməkdaşlığa nail ola bilər.

Məqalədə: #İran #Qırğızıstan #Bişkek #investisiya #Məsud Pezeşkian #ixrac #Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) #Enerji təhlükəsizliyi #sammiti #həmrəyliy

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

8 Sentyabr 19:13
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.