9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq İraq
İraq

Tehran Bağdadda qazdığı quyuya düşür

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl Yaxın Şərqdəki müharibələrin bitməsini istəyir.

17 Dekabr 2024 19:30
Tehran Bağdadda qazdığı quyuya düşür

Bakı, AzerVoice\ArabAz

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl Yaxın Şərqdəki müharibələrin bitməsini istəyir. “Qoy bu müharibələr bitsin, sülh qayıtsın və insanların qətli dayandırılsın”-deyə Tramp aləmə car çəkir. Həqiqətən də Trampın fikirləri təqdirəlayiqdir, lakin inandırıcı deyil. İsrail və Livan Hizbullahı kövrək atəşkəs razılaşmasına nail olsa da, Qəzzada HƏMAS ilə müharibəyə son qoymaq uzaq bir ehtimal olaraq qalır.
Bu arada, Suriyada Əsəd rejimi devrildi və bu, potensial xaotik və potensial zorakılıq ola biləcək keçid dövrünün siqnalını verir. Digər tərəfdən Yəməndəki Husilər Qırmızı dənizin blokadasını davam etdirirlər. Həmçinin, bir çox dərin strateji uğursuzluqlarla üzləşən Tehran İsrailə növbəti raket zərbələri endirə bilər və ya nüvə bombasına sahib olmağı sürətləndirə bilər.

Yeni ABŞ administrasiyasına yerişini-duruşunu bilməyən Baydendən yaxşı şeylər miraq qalmayacaq.

Yaxın həftələrdə vəziyyət daha da pisləşə bilər. Son aylar İraq höküməti tərəfindən cilovlanala bilinməytən İrana bağlı radikal şiələr yenidən İsraili təhdid edib. 2023-cü ilin iyul ayından bəri İraqın “Xalq Səfərbərlik Qüvvələri” ( İran tərəfindən dəstəklənən, lakin İraq DİN -ə “tabe” olan qruplaşma) adlı milis tərəfindən başladılan hücumların qarşısı alınıb.
Lakin hər şey Trampın andiçmə mərasimi ərəfsində dəyişə bilər.

Xalq Səfərbərlik Qüvvələri milisləri 2014-cü ildə İŞİD-in İraqın təxminən üçdə birinə nəzarəti ələ keçirməsindən sonra yaradılıb. Bu gün bu qüvvələrə 70-dən çox müxtəlif fraksiya, o cümlədən Harakat ən-Nujaba, Asaib Ahl al-Haq və İranyönlü Kataib Hizbullah kimi terrorçu kimi tanınan qruplar daxildir.

Ümumilikdə, Bağdadın illik olaraq, 238 min Həşd üzvünün saxlanılmasına 3.6 milyard dollar xərcləməsi iddia edilir. Həşd-in tabeçiliyində olan, hərbi kollec var və onun üzvləri təqaüdə çıxanda təqaüd alırlar. O, həmçinin İran İnqilabı Keşikçiləri Qvardiyasına bağlı “Xatəm əl-Ənbiya” qüvvələrinə bənzər dövlət kapitalına malikdir. Həşd hökumət tərəfindən maliyyələşdirilsə də, İranın dəstəklədiyi bu milislər Bağdada cavabdeh deyil və Sudani höküməti ilə hesablaşmırlar.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İsrailin qisas alacağından və ölkəsini müharibəyə sürükləyəcəyindən narahatdır. Bu təbii ki qorxulu haldır.Misal üçün İranın müvəkkil Hizbullahının İsrailə hücumu Livanın sonradan 8,5 milyard dollar itkiyə məruz qalmasına səbəb oldu. Müharibənin başlanmasının qarşısını almaq üçün Əl-Sudani Xalq Səfərbərlik Hökuməti koalisiyasındakı tərəfdaşlarını hücumlarını dayandırmağa inandırmağa çalışdı. O, həmçinin Xalq Səfərbərlik Qüvvələrindəki agentlərini cilovlamaqda ona kömək etmək üçün Tehrana müraciət edib və deyilənə görə, Bayden administrasiyasından İsraili cilovlamaq üçün də kömək istəyib.

İraq baş naziri İsrailin ehtimal edilən hərbi cavabından yayınmaq istəyir. Lakin bunun üçün o Xalq Səfərbərlik Qüvvələrinin İsrailə hücüm etməmələi üçün onlara yalvarmaqdan başqa bir şey etməyib.

Eyni zamanda Əl-Sudani Xalq Səfərbərlik Qüvvələrinin maaşlarını, o cümlədən İranla müttəfiq qrupların maaşlarını ödəməyə davam edir. Əl-Sudani 2022-ci ildə baş nazir olan bu milislərin siyasi dəstəyindən yararlandı, indi isə borc ödəmək vaxtıdır.

Sudaniyə Xalq Səfərbərlik Qüvvələrini hökümətə tabe etmək əlbəttə ki, çətindir. Məlumdur ki, onun sələfi Mustafa Əl-Kazımi buna cəhd edib və buna nail ola bilməyib. 2020-ci ilin yayında Əl-Kazimi İraqda olan“Hizbullah Briqadaları”nın 15 üzvünü Amerikanın Bağdaddakı səfirliyini raket atəşinə tutduqları üçün həbs etmişdi. Hizbullah Briqadaları buna cavab olaraq onun evini mühasirəyə alaraq həbsdə olan üzvlərinin azad edilməsini tələb edib. Bir il sonra “Həşd” silahlı yürüşlərlə Əl-Kazimiyə sui-qəsd cəhdi etdi.

Vaşinqton eskalasiyanı azaltmağa üstünlük versə də, İsrailin cavab meyilləri başa düşüləndir. Əvvəlki Tramp administrasiyası dövründə Xalq Səfərbərlik Qüvvələri İraqdakı Amerika qüvvələrinə və diplomatlarına dəfələrlə hücumlar təşkil edib.

Bağdad, məlum olduğu kimi, Amerika səfirliyini qorumaq üçün Cenevrə Konvensiyasından irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina edib. Buna görə də təəccüblü deyildi ki, ABŞ 2020-ci ilin yanvarında İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı Qasım Süleymanini qətlə yetirərkən, Xalq Səfərbərlik Qüvvələrinin komandiri və İraq hökumətinin əməkdaşı Əbu Mehdi əl-Mühəndisi də öldürüb.

Livan və İranın yaratdığı ekzistensial təhlükə ilə məşğul olan İsrail Xalq Səfərbərlik Qüvvələrinə qarşı cavab tədbirlərini təxirə sala bilər. Əsədin devrilməsi və İsrailin rejimin adi və kimyəvi hərbi silahlarının qalıqlarını məhv etməsi Xalq Səfərbərlik Qüvvələrinə qarşı hərbi əməliyyatların aparılmasını lazımsız edə bilər. Hər halda, Trampın regiondakı müharibələrə ictimai nifrətini nəzərə alaraq, İsrailin İraqa hər hansı potensial işğalında iştirak etmək ehtimalı azdır. Bununla belə, prezident Trampın Tehranın getdikcə daha çox nəzarət etdiyi Bağdada ABŞ-ın illik 250 milyon dollarlıq hərbi yardımını davam etdirəcəyini təsəvvür etmək çətindir.

Məqalədə: #İraq

Mövzu üzrə digər xəbərlər

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb

18:20
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
İraq

Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi

12:45
Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq

İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb

10:11

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.