8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq İraq
İraq

İraqla Körfəz ərəb dövlətləri elektrik şəbəkələrini birləşdirirlər

İraq Körfəz ərəb dövlətləri ilə elektrik əlaqəsinin qurulması layihəsini 90 faiz yerinə yetirib.

2 Yanvar 2025 15:35
İraqla Körfəz ərəb dövlətləri elektrik şəbəkələrini birləşdirirlər

Bakı, AzerVoice

İraq Körfəz ərəb dövlətləri ilə elektrik əlaqəsinin qurulması layihəsini 90 faiz yerinə yetirib.

AzerVoice xarici KİV-ə istinadən xəbər verir ki, İraq enerji resurslarının diversifikasiyasını davam etdirir.

İraqın Elektrik nazirliyinin sözçüsü Əhməd Musa deyib ki, bununla ölkə regional körfəz ölkələri enerji bazarında mühüm üzv olacaq. Əlavə edib ki, hazırda 3 şirkət İraqın Fao stansiyası ilə Küveytin Vafra stansiyasını birləşdirəcək naqilləri çəkir. Bu ilin əvvəlində layihənin birinci mərhələsinin işə salınması ilə Bəsrə vilayəti 500 meqavat gücündə enerji ilə təmin olunacaq.

İraqla İordaniya arasında elektrik enerjisi əlaqəsi layihəsinin birinci mərhələsində isə 54 meqavatlıq enerji ötürülüb. İkinci mərhələ də yekunlaşmaq üzrədir və bu, İordaniyanın Rişə stansiyasını birləşdirəcək. Ümumiyyətlə, adı çəkilən layihənin reallaşması nəticəsində İraq, İordaniya və Misir arasında elektrik şəbəkələri birləşdiriləcək.

Əhməd Musa Türkiyə ilə də oxşar layihənin yerinə yetirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, birinci mərhələdə İraqın şimalına 300 meqavat gücündə enerji ötürülüb. Layihənin ikinci mərhələsi yekunlaşır. Bu zaman əlavə olaraq 600 meqavatlıq elektrik mübadiləsi olacaq. Səudiyyə Ərəbistanı ilə ilkin gücü 1000 meqavat olacaq elektrik enerjisi mübadiləsi layihəsi üzrə işlər davam edir. Artıq işin mexanizmləri və naqillərin qoşulma yerləri müəyyən olunub. Bu layihənin 36 aydan sonra işə salınması gözlənilir.

"Əl-Cəzirə" kanalının məlumatına görə, İraq 1990-cı illərin əvvəllərindən etibarən, xüsusən də Körfəz müharibəsindən sonra elektrik enerjisi təminatında problemlə üzləşir. Elektrik enerjisi istehsalını artırmaq üçün 2003-cü ildən bəri həyata keçirilən tədbirlər istənilən nəticəni verməyib. Əksinə, ölkə elektrik enerjisinə olan ehtiyacı ödəmək üçün İrandan aldığı təbii qazdan asılı hala düşüb.

Məqalədə: #İraq

Mövzu üzrə digər xəbərlər

İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq

İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir

7 Sentyabr 13:51
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
İraq

İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək

7 Sentyabr 13:38
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraq

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır

5 Sentyabr 16:55
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.