6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq İraq
İraq

Sudani və Maliki arasında soyuq müharibə nə qədər davam edəcək

4 Sentyabr 2024 12:16
Sudani və Maliki arasında soyuq müharibə nə qədər davam edəcək

Bağdad, AzerVoice

İraqda Nuri əl-Maliki ilə Məhəmməd Şia əl-Sudani arasında gedən soyuq müharibə ölkə həyatının bütün sahələrində öz əksini tapır. Hər iki  siyasi rəqib növbəti seçki arenasına sürətlə irəliləyir. Bəzi siyasi  ekspertlər hesab edir ki , bu iki rəqib arasında sövdələşmə olmasa İraq çox ciddi problemlər qarşısında qalacaq.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, gələn il iraqlılar parlamentdə öz nümayəndələrini seçməli idilər, lakin keçmiş baş nazir Nuri əl-Maliki növbədənkənar seçkilərin olmasında israrlıdır. Çoxları növbədənkənar  seçkilərin mümkünlüyünə şübhə etsələr də, növbədənkənar seçkilərin keşirilməsi ilk  növbədə hazırki siyasi hakimiyyətə müharibə elan etməkdir. Digər bir tərəfdən növbədənkənar seçkilərin olması üçün siyasi mühitin olması və buna uyğun qanun layihəsinin olması lazımdır.

Əl-Maliki qanun layihəsinin hazırlanmasında ən həvəsli siyasətçidir.  İranın dəstəyi ilə məzhəb müharibələri fonunda hakimiyyətə gələn Maliki hal-hazırda özünü tacsız padşah hesab edir. “ O İran və Amerika sevgisinin nəticəsidir” fikri ilə bir çox iraqlı razıdır.  Maliki İraqda olan məzhəb problemindən və İran faktorundan məharətlə istifadə edə bilən bir siyasi  fiqurdur.

Hökumətdən getdikdən sonra da, Əl-Maliki şiə siyasi layihəsinin xaç atası olaraq qaldı, məzhəb dominantlığı üzərində qurulan partiyalar o hakimiyyətdə olmasa belə bir çox mübahisəli məslələrdə məhz ona müraciət edirdilər.

Əl-Maliki özünü “müasir İraq şiələrinin xilaskarı” kimi təqdim edir və sünnilər və kürdlərdlə siyasi  ittifaqın mümkünszülüyünü iddia edir.

Hazırki baş nazir ilə Məhəmməd Şia əl-Sudaniyə gəlincə isə, Amerika qüvvələri İraqı işğal edəndə və Səddam Hüseyn rejimini devirəndə  o Meysan əyalətində (cənubda) hökumətdə işləyən kənd təsərrüfatı mühəndisi idi . Səddamın devrilməsindən sonra müxalif qohumları və ailəsinin hesabına ulduzu parlayan əl-Sudan daha sonra bizneslə məşğul olmağa başlayır. Sonrakı illərdə Əl-Sudani dövlət idarələri sıralarına yüksəldi və Əl-Maliki hökümətində müxtəlif vəzifələrdə çalışdı. Əl-Sudani ciddi  siyasi təcrübəyə sahib olmasa da hakimiyyətdə olduğu müddət ərzində böyük təcrübə topladı.

Belə görünür ki, Əl-Maliki əl-Sudanini “doğru adam” hesab edirdi. Əl-Maliki hökümətində ikinci dərəcəli məmur olan əl-sudani illər ərzində məzhəb faktorundan  faydalanaraq, şiə ictimai –siyasi həyatında möhkəmlənə bilmişdi.

İraqda keçiriləcək parlament seçkilərinin tam vaxtı hələ təyin olunmasa da iki şiə lider arasında olan siyasi gərginlik durmadan artmaqdadır. Bunun ölkənin siyasi həyatına necə təsir edəcəyini zaman göstərəcək.

Sudani və Maliki arasında soyuq müharibə nə qədər davam edəcək Sudani və Maliki arasında soyuq müharibə nə qədər davam edəcək
Məqalədə: #İraq #Məhəmməd Şia Əl-Sudani #Nuri əl-Maliki

Mövzu üzrə digər xəbərlər

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraq

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb

5 Sentyabr 14:10
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib
İraq

İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

3 Sentyabr 19:33
İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq
İraq

İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

3 Sentyabr 16:14

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.