6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq İraq
İraq

Əz-Zeydi İraqda korrupsiya sisteminin kökünü tamamilə kəsməyə çağırıb

İraq Hökumətinin Başçısı Əli Falih əz-Zeydi şənbə günü ölkədə korrupsiya sisteminin birdəfəlik məhv edilməsinin və nazirlik layihələri ilə yanaşı, vilayətlərdəki layihələrin də ciddi şəkildə təqib olunmasının vacibliyini bəyan edib. Federal Dürüstlük Komissiyasının baş qərargahına səfəri zamanı əz-Zeydi korrupsiyaya qarşı mübarizənin böyük bir döyüş olduğunu və Dürüstlük Komissiyasının bu mübarizədə birinci müdafiə xəttini təşkil etdiyini vurğulayıb.

29 Avqust 2026 16:49

Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu Bunu da oxuyun Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

İraqda Əl-Zeydi hökumətinin tərksilah planı və daxili bölünmələr

Əz-Zeydi komissiyanın fəaliyyətinin təkcə nəzarət mexanizmi ilə məhdudlaşmamalı olduğunu, həm də qabaqlayıcı tədbirləri əhatə etməli olduğunu bildirib. O, nəzarət səylərinin daha səmərəli yönləndirilməsini təmin etmək üçün layihələrin həcminə və maliyyə dəyərinə uyğun olaraq üç səviyyə üzrə - əvvəlcə yüksək büdcəli, sonra orta və ardınca kiçik layihələr üzrə izlənməsinin vacibliyini diqqətə çatdırıb.

İraqda 1 trilyon dollarlıq korrupsiyanın xronologiyası... Bunu da oxuyun İraqda 1 trilyon dollarlıq korrupsiyanın xronologiyası...

Hökumət başçısı həmçinin korrupsiya halları barədə məlumat verənlərin mükafatlandırılması haqqında qanunun fəallaşdırılmasını, sərhəd-keçid məntəqələrinə nəzarətin gücləndirilməsini, korrupsionerlərin ifşa olunmasını, eləcə də korrupsiyaya qarşı mübarizənin gedişatı və nəticələri barədə aylıq və rüblük hesabatların təqdim edilməsini tələb edib.

Çirkli pullar və SEPAH-İran İraqda nə gizlədir?

Öz növbəsində, Dürüstlük Komissiyasının rəhbəri Məhəmməd Əli əl-Lami dövlət qurumlarındakı müqavilələri yoxlayan sahə qruplarının artıq 8 nazirliyin müqavilələrinin auditini tamamladığını, digər qurumlarda isə işlərin davam etdiyini bildirib. O əlavə edib ki, 2030-cu ilə qədər olan dövrü əhatə edən Şəffaflıq və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya tam hazırlanıb və komissiya dövlət vəsaitlərinin qorunması istiqamətində qətiyyətlə irəliləməyə hazırdır.

Qeyd edək ki, İraq Hökumətinin Başçısı bir neçə aydır korrupsiyaya bulaşmış şəxslərə qarşı ən genişmiqyaslı əməliyyatlara rəhbərlik edir. Bu tədbirlər çərçivəsində İraq parlamentinin 12-dən çox deputatı, Neft və Elektrik nazirliklərinin bir sıra nazir müavinləri, baş direktorlar və müşavirlər istintaqa cəlb olunub; yüz milyardlarla İraq dinarı, külli miqdarda xarici valyuta, qızıl külçələr, zinət əşyaları, bahalı saatlar, həmçinin çoxsaylı saray və geniş fermalar müsadirə edilib.

Zeydi İnkişaf Yolu layihəsini sürətləndirmək üçün göstəriş verdi

Məqalədə: #Əli Faleh Əz-Zeydi #Əli əl-Zeydi #İraqın Baş naziri Əli əz-Zeydi #Baş nazir Əli əz-Zeydi #Əli Zeydi kimdir? #İraq korrupsiyaya qarşı mübarizə əməliyyatları #İraq parlamenti deputatların həbsi korrupsiya #Neft və Elektrik nazirlikləri vəzifəli şəxslər #İraq sərhəd keçid məntəqələri nəzarət #Ali Falih Al Zaidi Iraq anti corruption campaign #Federal Commission of Integrity Iraq Mohammed Ali Al Lami #Iraq crackdown on corrupt officials MPs oil ministry #National Anti Corruption Strategy 2030 Iraq #Rooting out corruption: Prime Minister Al-Zaidi calls for complete end to graft in Iraq #Gold bars #luxury palaces #and billions seized in Iraq largest anti-corruption sweep #Whistleblower rewards and tighter borders: Iraq outlines aggressive new measures

Mövzu üzrə digər xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraq

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır

5 Sentyabr 16:55
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq

İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub

5 Sentyabr 15:42
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraq

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb

5 Sentyabr 14:10

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.