11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix
İslam və Tarix

Qədim Misirdə musiqi alətləri və rəqs mədəniyyəti

Qədim Misir mədəniyyətində musiqi və rəqs yüksək dəyər daşıyırdı. Bu incəsənət növləri yalnız əyləncə vasitəsi deyil, həm də yaradılışın və tanrılarla ünsiyyətin ayrılmaz hissəsi sayılırdı.

16 Avqust 2025 13:51
Qədim Misirdə musiqi alətləri və rəqs mədəniyyəti

BAKI,AzerVoice

Qədim Misir mədəniyyətində musiqi və rəqs yüksək qiymətləndirilirdi. Misirdə musiqi və rəsqin əhəmiyyətibu gün düşünüldüyündən daha böyük və vacib idi.
Misiqi və rəqs qədim Misirdə yaradılış və “tanrılarla” ünsiyyətin ayrılmaz hissəsi idi və daha ilahi nemətlərə insanların cavabı kimi xarakterizə ediliri.

Tanınmış Misirşünas Helen Strudvick qeyd edir ki, "Qədim Misirdə musiqi həyatın bütün sahələrini əhatə etmişdi- mülki və ya dəfn ziyafətlərində, dini yürüşlərdə, hərbi paradda və hətta tarlada işləyərkən musiqi və rəqs yaşamın ayrılmaz hissəsi olub”.

Misirlilər musiqini çox sevirdilər və musiqi ifalarının səhnələrini qəbirlərdəki təsvirlərdə və məbədlərin divarlarında əks etdirirdilər. Bununla yanaşı, rəqsə də eyni dərəcədə dəyər verirdilər və onun əhəmiyyətini də vurğulayıb təsvir edirdilər.

Sevinc bəxş edən tanrı Hathor musiqi ilə ən çox əlaqələndirilirdi, lakin əvvəlcə bu rol başqa bir tanrıça, Merit (bəzən Meret olaraq da adlandırılır) ilə bağlı idi. Qədəim Misirdə yayğın olan yaradılış hekayəsinin bəzi versiyalarında Merit, Heka (sehr tanrısı) ilə birlikdə Ra və ya Atumla yaradılışın başlanğıcında iştirak edir və musiqi vasitəsilə nizamı qurmağa kömək edir. Misirşünas Richard H. Vilkinson qeyd edir ki, qədim inanca görə, bütün bunlar musiqi ilə yanaşı rəqslə müşayət olunurdu.
Beləliklə, Merit yaradılış simfoniyasının yazarı, musiqiçisi, müğənnisi və dirijoru olaraq musiqini Misir mədəniyyətinin əsas dəyəri kimi təsbit etmişdir.

Misirşünas Carolyn Graves-Brovn yazır: “ Misirli, əsasən də qadınların istifadə etdiyi “menit” boyunbağı sıx muncuqlardan ibarət bir boyun aksessuarı idi və rəqs zamanı silkələnirdi. Bəzən məbədlərdə olan rəqslər zamanı bu boyunbağı çıxarılır və əldə silkədilirdi ki,musiqi tenpinə uyğun daha gur səs çıxarsın. Bu boyunbağı daha sonra bütün məbədlərdə istifadə edilən müsiqi alətinə çevrildi.”
Rəqqasələr yalnız məbədlərlə məhdudlaşmırdı, onlar Misirdə eyni zamanda əhalinin bütün təbəqələrinin əyləncə mədəniyyətinin ayrılmaz hissəsi oldular.
Rəqqas və rəqqasələrın geyim forması zamanla seçilməyə başladı. Belə ki, qadınlar tez-tez az geyimdə, şəffaf paltarlar, xalatlar geyinməyə başladılar.

Musiqi alətləri
Qədim Misirdə musiqi zəngin və çoxşaxəli idi, müxtəlif alətlər və ifa formaları ilə diqqət çəkirdi. Misir musiqiçiləri həm dini mərasimlərdə, həm də dünyəvi tədbirlərdə iştirak edirdilər. Musiqi alətləri əsasən üç kateqoriyaya bölünürdü: nəfəsli, simli və zərb alətləri.

Nəfəs Alətləri
Tütək ən qədim və populyar alətlərdən biri idi. Çox vaxt tək borulu və ya iki borulu versiyalarda istifadə olunurdu. Ney daha mürəkkəb nəfəsli alət olub, dini və dünyəvi tədbirlərdə istifadə edilirdi.
Simli Alətlər
Arfa həm iri, həm də kiçik ölçülü variantları ilə tanınırdı. Arfa incə səsi ilə dini mərasimlərdə xüsusi yer tuturdu.
Zərb alətləri əsasən Hathor tanrısına həsr olunmuş ibadətlərdə istifadə edilən əl aləti idi. Həm səs çıxarmaq, həm də ritm tutmaq üçün ideal idi.
Nağara və zınqırovlar, ibtidai zərb alətləri arasında idi və ritmin saxlanılmasında əsas rol oynayırdı.

Məqalədə: #Misir #Qədim Misir #misir xəbərləri #Qədim Misir modası #Qədim Misir haqqında #Qədim Misir zərgərlik sənəti #Musiqi alətləri #Nəfəs Alətləri

Mövzu üzrə digər xəbərlər

İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
Hərb tarixi: Döyüş xronikası

İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər

13:50
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 11 sentyabr

00:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00

Son Xəbərlər

İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.