6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix
İslam və Tarix

Qurani-Kərim cinlərin və şeytanın varlığınına dair dəlillər

İslam inancına görə, cinlərin və şeytanın varlığı danılmaz həqiqətdir və bu mövzu Qurani-Kərimdə bir sıra ayələrlə açıq şəkildə bəyan olunmuşdur. Müxtəlif surələrdə onların insanlarla münasibətləri, iman gətirənləri doğru yoldan azdırma cəhdləri və eyni zamanda haqqı qəbul edən cinlərin mövcudluğu qeyd edilir.

3 Sentyabr 2025 10:36
Qurani-Kərim cinlərin və şeytanın varlığınına dair dəlillər

BAKI,AzerVoice

İslam inancına görə, cinlərin və şeytanın varlığı danılmaz həqiqətdir və bu mövzu Qurani-Kərimdə bir sıra ayələrlə açıq şəkildə bəyan olunmuşdur. Müxtəlif surələrdə onların insanlarla münasibətləri, iman gətirənləri doğru yoldan azdırma cəhdləri və eyni zamanda haqqı qəbul edən cinlərin mövcudluğu qeyd edilir.

Qurandan açıq dəlillər

Əhqaf surəsi, 29-cu ayə:

“Ey Məhəmməd! Bir qrup cini Qurani-Kərimi dinləməyə yönəltdik.” – Bu ayə, cinlərin də ilahi kəlamı dinlədiyini göstərir.

Ənam surəsi, 130-cu ayə:

“Ey cin və insan topluluğu! Sizə ayələrimizi oxuyan və bu günlə qarşılaşacağınız barədə sizi xəbərdar edən peyğəmbərlər gəlmədimi?” – Burada həm insanlara, həm də cinlərə haqqı çatdıran peyğəmbərlərin mövcudluğu vurğulanır.

Rəhman surəsi, 33-cü ayə:

“Ey cin və insan topluluqları! Əgər göylərin və yerin sərhədlərini aşmağa gücünüz çatırsa, keçin! Amma Allahın verdiyi qüvvət olmadan keçə bilməzsiniz.” – Bu ayə, kainatın hüdudlarını ancaq Allahın izni ilə aşmağın mümkün olduğunu bildirir.

Cin surəsi, 1-ci ayə:

“(Ey Məhəmməd!) De: Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Qurani-Kərimi dinləmiş və demişlər: ‘Biz heyrətamiz, doğru yola yönəldən bir Quran dinlədik və ona iman gətirdik.’” – Bu isə cinlərin də iman gətirmə qabiliyyətinə malik olduqlarını sübut edir.

Cin surəsi, 6-cı ayə:

“Həqiqətən, insanlar cinlərin bir qisminə sığınırdılar və bu da onların azğınlığını artırırdı.” – Ayə insanlara xəbərdarlıq edir ki, cinlərə sığınmaq əksinə, onları daha da azğınlaşdırır.

Nur surəsi, 21-ci ayə:

“Ey iman gətirənlər! Şeytanın addımlarına uymayın! Kim şeytanın ardınca gedərsə, bilsin ki, o, yalnız həyasızlığı və pisliyi əmr edər.” – Burada möminlərə açıq xəbərdarlıq edilir ki, şeytan yalnız fəsad və pis işlərə yönəldir.

İslam alimlərinin yanaşması nədir?

Alimlər bildirirlər ki, bu ayələr cinlərin həqiqi varlıq olduğunu sübut edir. Onların bir qismi iman gətirərək Quranı qəbul etmiş, digər qismi isə şeytanın təsiri ilə azğınlıq yoluna düşmüşdür. Ayələr eyni zamanda insanlara xəbərdarlıq edir ki, şeytana uymamaq və yalnız Allahın hidayətinə sığınmaq lazımdır.

Qurani-Kərimdə gətirilən dəlillər göstərir ki, cinlərin varlığı realdır və onların iman gətirənləri olduğu kimi, azğınlığa çağıranları da mövcuddur. Möminlər isə şeytanın addımlarından uzaq durmalı, iman və Quranla həyatlarını istiqamətləndirməlidirlər.

Məqalədə: #cinlər #İblis və cinlər #Cinlərin cinsiyyəti #İslamda cinlər #Cinlər haqqında məlumat #Cinlər və şeytanlar #Cinlər haqqında inanclar #Qədim mifologiyada cinlər #Cinlərdən qorunma yolları #Quran və cinlər #İslam və qeyri-müsəlman inanclarında cinlər #musiqi və cinlər #Cinlər və örtülülük #Qurani-Kərim cinlərin və şeytanın varlığınına dair dəlillər #Əhqaf surəsi #Ənam surəsi #Rəhman surəsi

Mövzu üzrə digər xəbərlər

İnsanlar ilə cinlər evlənə bilərmi?
İslam və həyat: Şəriət sualları

İnsanlar ilə cinlər evlənə bilərmi?

14 İyun 10:00
Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır?
İslam və həyat: Şəriət sualları

Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır?

7 İyun 12:00
İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı
Səhabə həyatı

İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

10 May 13:02
İnsan cinləri necə özünə tabe edir? - Sehrin qaranlıq dünyası və dəhşətli etiraflar
İslam və həyat: Şəriət sualları

İnsan cinləri necə özünə tabe edir? - Sehrin qaranlıq dünyası və dəhşətli etiraflar

12 Aprel 20:00

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.