7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

İnsan cinləri necə özünə tabe edir? - Sehrin qaranlıq dünyası və dəhşətli etiraflar

Bəzi insanların cinlərlə görüşməsi və onlardan yardım alması İslam alimləri tərəfindən məlum olan bir həqiqətdir. Lakin bu münasibət nəfsin saflaşması ilə deyil, əksinə, insanın daxili aləminin korlanması, təbiətinin pozulması və bir növ şeytanlaşması nəticəsində baş verir. İnsan günah işləməyə meyil salıb ondan ləzzət almağa başladıqda, şeytanın yaxın dostuna çevrilir və şər işlərin aşiqi olur. Məşhur mütəfəkkir İbn Xaldun özünün "Müqəddimə" əsərində qeyd edir ki, sahirin (sehrbazın) cinlərlə ünsiyyəti ulduzlara və şeytana təvəccüh (yönəlmə) yolu ilə baş tutur. Bu yönəlmə ulduzlara və şeytana ibadət etmək, onlara təzim göstərmək və qarşılarında səcdə etmək kimi küfr əməlləri ilə özünü göstərir.

12 Aprel 2026 20:00
İnsan cinləri necə özünə tabe edir? - Sehrin qaranlıq dünyası və dəhşətli etiraflar

BAKI,VOA

Bəzi insanların cinlərlə görüşməsi və onlardan yardım alması İslam alimləri tərəfindən məlum olan bir həqiqətdir. Lakin bu münasibət nəfsin saflaşması ilə deyil, əksinə, insanın daxili aləminin korlanması, təbiətinin pozulması və bir növ şeytanlaşması nəticəsində baş verir. İnsan günah işləməyə meyil salıb ondan ləzzət almağa başladıqda, şeytanın yaxın dostuna çevrilir və şər işlərin aşiqi olur. Məşhur mütəfəkkir İbn Xaldun özünün "Müqəddimə" əsərində qeyd edir ki, sahirin (sehrbazın) cinlərlə ünsiyyəti ulduzlara və şeytana təvəccüh (yönəlmə) yolu ilə baş tutur. Bu yönəlmə ulduzlara və şeytana ibadət etmək, onlara təzim göstərmək və qarşılarında səcdə etmək kimi küfr əməlləri ilə özünü göstərir.

Şirk və şeytanla dostluq

İnsan şirk və küfr səbəbilə şeytanla dost olduqda, şeytan onu sevir və bu xidmətinə görə onu "mükafatlandırır". Bu proses çox vaxt bir aldatma zənciri üzərində qurulur: şeytanın nökərlərindən biri hər hansı bir insana zərər vurur, həmin şəxsi isə müalicə üçün sahirin yanına gətirirlər. Sahirə müraciət edildiyi üçün şeytan həmin insandan əlini çəkir, xəstə isə "sağaldım" deyərək sahirə pul verir. Beləliklə, şeytan öz adamına maddi və mənəvi yardım etmiş olur.

Sahirlərin dəhşətli etirafları

Sehrin təsirli olması üçün sahir mütləq şəkildə müqəddəs dəyərləri təhqir etməli və pis işlərlə məşğul olmalıdır. Müxtəlif dövrlərdə sahirliyini etiraf edənlərin sözləri bu qaranlıq dünyanın iyrənc tərəflərini ortaya qoyur:

Birinci etiraf: "Mən sehri etməzdən əvvəl Quran-ı Kərimdən bir surəni tabağa yazır, sonra yazının üstünə bevl edərək (sidiklə) yazını pozurdum. Yalnız bundan sonra etdiyim işdə uğur qazanırdım."

İkinci etiraf: "Mən sehr etməzdən əvvəl sidiklə dəstəmaz alır, iki rükət namaz qılır və beləliklə sehrimdə müvəffəqiyyət qazanırdım."

İstanbuldan olan bir sahirin etirafı: "Mən Quranın üstündə oturur və yalnız bundan sonra cinlər məhz o zaman mənə yardım edirlər."

Bu etiraflar göstərir ki, cinlərin və şeytanların insana kömək etməsinin tək şərti insanın öz dinindən çıxması, müqəddəs kitabı təhqir etməsi və insanlıqdan uzaqlaşmasıdır. Sehr və sahirliyin İslam hüququndakı yeri və digər təfərrüatlı izahatlar mövzunun davamında təqdim olunacaq.

Məqalədə: #cinlər #İblis və cinlər #Cinlərin cinsiyyəti #İslamda cinlər #Cinlər haqqında məlumat #Cinlər və şeytanlar #Cinlər haqqında inanclar #Qədim mifologiyada cinlər #Cinlər və örtülülük #Cinlərlə dostluq mümkündürmü #Cinlər insanlardan üstünmü #Cinlər insana necə təsir edə bilər? #Cinlərin aləmi və sərhədləri #Cinlərin insan və heyvan surətində görünməsi barədə hədislər #Cinlərin varlığı #Quranda cinlər #Cinlərin surət dəyişməsi #Hz. Osman dövründə Çinlə ilk rəsmi təmaslar: mənbələr və sənədlər #İslam mənbələrində cinlərin məskənləri haralar sayılır? #İbn Xaldun

Mövzu üzrə digər xəbərlər

İnsanlar ilə cinlər evlənə bilərmi?
İslam və həyat: Şəriət sualları

İnsanlar ilə cinlər evlənə bilərmi?

14 İyun 10:00
Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır?
İslam və həyat: Şəriət sualları

Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır?

7 İyun 12:00
Quranda sehr anlayışı-Tarixin ən qədim gizli elmləri:Babil və Misir cadugərliyi
Dini terminlər lüğəti

Quranda sehr anlayışı-Tarixin ən qədim gizli elmləri:Babil və Misir cadugərliyi

24 May 09:00
İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?
İslam və Tarix

İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

1 Fevral 20:48

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.