5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix
İslam və Tarix

Bir hadisə, iki baxış: Qədir-Xum mübahisəsinin tarixi kökləri

Qədir-Xum Məkkə ilə Mədinə arasında yerləşən, bataqlıq və qamışlıq ərazinin adıdır. Bu yer adını hicrətin 10-cu ilində baş verdiyi iddia olunan və şiə məzhəbinin formalaşmasında əsas rol oynamış hadisədən - Qədir-Xum hadisəsindən alır.

26 Oktyabr 2025 11:02
Bir hadisə, iki baxış: Qədir-Xum mübahisəsinin tarixi kökləri

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Qədir-Xum Məkkə ilə Mədinə arasında yerləşən, bataqlıq və qamışlıq ərazinin adıdır. Bu yer adını hicrətin 10-cu ilində baş verdiyi iddia olunan və şiə məzhəbinin formalaşmasında əsas rol oynamış hadisədən - Qədir-Xum hadisəsindən alır.

Hadisənin mahiyyəti və şiə mənbələri

Şiə qaynaqlarına görə, Peyğəmbər Məhəmməd ﷺ Vida həccindən qayıdarkən bu ərazidə karvanı saxlayaraq əshabına mühüm bir bəyanat etmişdir. Maidə surəsinin 67-ci ayəsi (“Ey elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et…”) bu anda nazil olmuş, Peyğəmbər isə səhabələri toplayaraq onlara belə demişdir:

“Sizə iki əmanət qoyuram: Allahın Kitabını və Əhli-beytimi. Mənim arxamca onlara sarılsanız, yolunuzu azmazsınız.”

Sonra Peyğəmbər ﷺ Hz. Əlinin əlini qaldıraraq belə demişdir: “Mən kimin mövlası isəm, Əli də onun mövlasıdır. Allahım, onu sevəni sev, ona düşmən olana düşmən ol.”

Şiə mənbələri bu hadisəni imamətin Allah əmri ilə elan edilməsi, yəni Hz. Əlinin Peyğəmbərdən sonra ümmətin dini və siyasi rəhbəri təyin olunması kimi qəbul edir. Bu baxışa görə, İslam dini Hz. Əli və onun soyundan gələn imamların rəhbərliyi ilə tamamlanır. Nəticədə, Əli və onun nəslinin imamət haqqı ilahi təyinat sayılır, digər xəlifələrin hakimiyyəti isə bu haqqın qəsbi kimi dəyərləndirilir.

Şiə alimləri “Səqaleyn” hədisini imamların məsumsuzluğuna (günah və səhvdən uzaq olmalarına) dəlil kimi göstərir, Əhli-beyti isə Quranla yanaşı dinin əsas mənbəyi sayırlar. Beləliklə, imamət təkcə siyasi deyil, həm də dini-mənəvi rəhbərlik kimi qəbul olunur.

Sünni baxışı və tarixi izah

Əhli-sünnə alimləri Qədir-Xum hadisəsini qəbul etsələr də, onu imamət sübutu kimi görmürlər. Tarixi mənbələrdə - İbn Hişam, Təbəri, İbn Səd və digərlərində – hadisə Hz. Əliyə qarşı yaranmış narazılıq fonunda Peyğəmbərin onu müdafiə etməsi kimi təqdim olunur.

Rəvayətlərə görə, Peyğəmbər ﷺ Hz. Əlini Yəmənə qənimətlərin bölüşdürülməsi üçün göndərmişdi. Orada yaranan narazılıqlar nəticəsində bəzi səhabələr, o cümlədən Xalid b. Vəlid və Bureydə əl-Əsləmi, onun davranışından şikayət etdilər. Qədir-Xumda karvanlar birləşəndə Peyğəmbər ﷺ səhabələrə belə demişdi:

“Əli barəsində şikayət etməyin. Allaha and olsun ki, o, Allah yolunda siz dediyinizdən daha qətiyyətlidir.”

Bu xütbə Hz. Əliyə qarşı yaranmış mənfi münasibətə cavab idi. “Mən kimin mövlası isəm, Əli də onun mövlasıdır” ifadəsi burada imamət elanından çox, Əliyə qarşı ədalətsiz münasibətə etiraz və onun nüfuzunun bərpası kimi anlaşılır.

Sünni alimləri qeyd edir ki, “mövla” sözü ərəbcədə “dost”, “yaxın”, “himayəçi” mənaları daşıyır və siyasi rəhbərlik mənası daşımır. Əgər Peyğəmbər ﷺ Əlini özündən sonra xəlifə təyin etsəydi, bunu açıq şəkildə elan edərdi.

Ayələrin konteksti

Şiə təfsirlərində Maidə surəsinin 67-ci ayəsinin Qədir-Xumda nazil olduğu iddia edilir. Sünni alimlər isə bu ayənin Peyğəmbərin Əhli-Kitabla mübarizəsi və risalət vəzifəsini tamamlamaqla bağlı olduğunu bildirirlər. Ayənin əvvəlki və sonrakı hissələri də bu mənanı gücləndirir və onun imamət mövzusuna aid olmadığını göstərir.

Eyni şəkildə “Bu gün dininizi kamil etdim...” (Maidə, 3) ayəsi də şiə mənbələrində Qədir-Xumla əlaqələndirilsə də, sünni təfsirlər bu ayənin həcc ibadətinin tamamlanması ilə bağlı olduğunu qeyd edir.

Əqidəvi və siyasi fərqlər

Əhli-sünnət üçün Qədir-Xum hadisəsi dini əsas deyil, siyasi hadisədir. İslamda imamat və hakimiyyət məsələsi iman prinsipi kimi deyil, idarəetmə forması kimi dəyərləndirilir. Əgər imamət dinin rüknü olsaydı, bu məsələ həm rəvayət, həm də mənaca qəti şəkildə bəyan edilərdi.

Şiəlikdə isə bu hadisə Hz. Əlinin imamətinin başlanğıcı, Əhli-beytin ilahi rəhbərliyinin təsdiqi kimi qəbul olunur. Bu baxış iki məzhəb arasında ən əsas fərqlərdən birini formalaşdırmışdır.

Qədir-Xum hadisəsi həm tarixi, həm də məzhəbi baxımdan müxtəlif yozumlara açıqdır. Şiə məzhəbi onu imamətin ilahi təyini, sünni alimlər isə Hz. Əlinin müdafiəsi və Əhli-beytə hörmət çağırışı kimi qəbul edirlər.

Beləliklə, Qədir-Xum hadisəsi İslam tarixində siyasi və teoloji ayrılığın başlanğıc nöqtəsi sayılır. Hadisənin mahiyyəti haqqında yekdil fikir olmasa da, onun həm şiə, həm də sünni mənbələrində mühüm yer tutduğu və hər iki tərəf üçün əhəmiyyətli simvola çevrildiyi danılmazdır.

Məqalədə: #Peyğəmbərimizin Həyatı #Hz Peyğəmbər #Məhəmməd Peyğəmbər #Peyğəmbərin qara it haqqında hədisi #Peyğəmbər və heyvanlara rəhm #Məhəmməd peyğəmbərin təsviri #Qədir-Xum #Maidə surəsi #Xalid b. Vəlid #Bureydə əl-Əsləmi #Qədir-Xum hadisəsi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanının xurma ixracı 533 milyon dollara yaxınlaşıb
Biznes

Səudiyyə Ərəbistanının xurma ixracı 533 milyon dollara yaxınlaşıb

28 Avqust 07:51
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21
Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu
Səhabə həyatı

Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

31 May 18:00
Müharibə, neft və güc: İran münaqişəsi petrodolların hegemonluğunu sarsıdır?
VOA təhlil mərkəzi

Müharibə, neft və güc: İran münaqişəsi petrodolların hegemonluğunu sarsıdır?

27 Mart 12:36

Son Xəbərlər

İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.