8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə ilə İran arasında bir çox sahədə müqavilə imzalanıb

24 Yanvar 2024 21:52
Türkiyə ilə İran arasında bir çox sahədə müqavilə imzalanıb

Bakı. AzerVoice:

Türkiyə ilə İran arasında bir çox sahədə müqavilə imzalanıb.

AzerVoice-nin məlumatına görə, iki ölkə arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan İran prezidenti ilə Prezident Külliyesində görüşüb.

Daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci Toplantısından sonra müxtəlif müqavilələrin imzalanma mərasimi başlayıb.

AzerVoice imzalanan müqavilələri təqdim edir:

- Türkiyə Elektrik Transmissiya A.Ş. (TEİAŞ) və İran Şəbəkə İdarəetmə Şirkəti (IGMC) arasında Əməliyyat Sazişi

- Türkiyə Respublikasının Ticarət Nazirliyi və İran İslam Respublikasının Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonaları Ali Şurası arasında Azad Zonalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu

- Türkiyə Respublikası Prezidentinin Kommunikasiyalar İdarəsi ilə İran İslam Respublikası Rəyasət Heyətinin Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

- Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyi arasında Dəmir Yolu Nəqliyyatı üzrə Çərçivə Sazişi

- Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi ilə İranın Elm və Texnologiya üzrə vitse-prezidenti arasında elmi, sənaye və texnoloji əməkdaşlığa dair Anlaşma Memorandumu

- 2025-ci il Qarşılıqlı Mədəniyyət İli ilə bağlı Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında əməkdaşlıq niyyəti haqqında Bəyannamə

- Türkiyə Respublikasının Polis Akademiyası ilə İran İslam Respublikasının Əmin Polis Universiteti arasında Anlaşma Memorandumu

- Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsinə dair Anlaşma Memorandumu

- Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Silahlı Uçuş Təhlükəsizliyi Zabitlərinin Təyinatı üzrə Anlaşma Memorandumu

- Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu.

Hafiz Rufizoğlu

Türkiyə ilə İran arasında bir çox sahədə müqavilə imzalanıb
Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #İran #İbrahim Rəisi

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.