Bakı. AzerVoice:
İsrail Qəzzada 625 mindən çox tələbəni təhsildən məhrum edib.
AzerVoice-nin məlumatına görə, bu barədə Fələstinin rəsmi agentliyi WAFA bildirib.
“24 Yanvar Beynəlxalq Təhsil Günü” münasibətilə yayımlanan xəbərə görə, Qəzza zolağına edilən hücumlar təhsil və təhsilə ciddi ziyan vurub.
İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda 4 510-u Qəzzada, 41-i Qərb Sahilində olmaqla ümumilikdə 4 551 tələbə həyatını itirib, 8 min 193 şagird isə yaralanıb.
İsrailin hücumlarında Qəzzada da 231 müəllim və müdir həlak olub, 756 nəfər yaralanıb. İordan çayının qərb sahilində altı müəllim və müdir yaralanıb, 71 nəfər saxlanılıb.
Məktəblər sığınacaq mərkəzlərinə çevrilərkən, Qəzza zolağında 281 dövlət məktəbi və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) bağlı 65 məktəb bombalanaraq dağıdılıb.
Onlardan 83-nə ciddi ziyan dəyib, 7-si isə tamamilə məhv edilib. İordan çayının qərb sahilində isə 38 məktəbə basqın edilib və dağıdılıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
İsrailin 108 gündür Qəzzaya təşkil etdiyi hücumlarda 11 min uşaq və 7 min 500 qadın həyatını itirib.
Hafiz Rufizoğlu