Bakı. AzerVoice:
Mülki şəxslərə qarşı törədilən müharibə cinayətlərinin cəzasız qalmaması üçün prosesi izləyəcəyik.
AzerVoice-nin məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Beynəlxalq Ədalət Məhkəməsinin Qəzza zolağındakı qeyri-insani hücumlarla bağlı müvəqqəti qərarını dəyərli hesab edirəm və alqışlayıram. Günahsız Fələstinli mülki şəxslərə qarşı törədilən müharibə cinayətlərinin cəzasız qalmaması üçün bu prosesi izləməyə davam edəcəyik.” - deyə Ərdoğan bildirib.
O qeyd edib ki, bu qərar Soyqırım Konvensiyasına üzv olan dövlətlər üçün məcburidir.
“Ümid edirik ki, İsrailin qadınlara, uşaqlara və qocalara qarşı hücumları dayanacaq. Biz Türkiyə olaraq atəşkəsin sabitləşməsi və davamlı sülhə gedən yolu təmin etmək üçün əlimizdən gələni etməyə və fələstinli qardaşlarımızın yanında olmağa davam edəcəyik.” - deyə Türkiyə prezidenti vurğulayıb.
Hafiz Rufizoğlu