6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

29 Yanvar 2024 13:44
Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, AzerVoice:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AzerVoice xəbər verir ki, Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi üzrə inkişaf etdiyini və bunun bir örnək olduğunu vurğuladı. Qonaq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasında mühüm rol oynadığını dedi.

Hulusi Akar Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunu bir daha vurğuladı.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin Azərbaycana göstərdiyi mənəvi, siyasi və diplomatik dəstəyi bir daha yüksək qiymətləndirdi.

Söhbət zamanı ötən il sentyabrın 19-20-də Azərbaycanın 23 saatdan da az bir müddətdə həyata keçirdiyi antiterror tədbirləri zamanı ərazimizdə qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna və təcavüzkar separatizmə son qoyulduğu, suverenliyimizin tam bərpa olunduğu vurğulandı.

Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni islahatların aparıldığını dedi, Ordumuzun döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd etdi və bütün bunların ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdiyini bildirdi.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı və yeni sahələri əhatə etməsi məmnunluqla qeyd olundu, bu təşkilatın parlamentlər xətti ilə də müvafiq komitələr səviyyəsində əlaqələrin yaradılması və bu komitələrin birgə iclaslarının keçirilməsinin vacibliyi diqqətə çatdırıldı. Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Türkiyə arasında hərbi, müdafiə sənayesi, təhlükəsizlik, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, hər iki ölkənin silahlı qüvvələri tərəfindən birgə keçirilən hərbi təlimlərin əhəmiyyəti xüsusilə qeyd edildi.

Sonda Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.