Bakı,AzerVoice
İsrail bütün beynəlxa etirazlara baxmayaraq,humanitar böhranın davam etdiyi Qəzzada təhlükəsizliyi üçün bufer zonası yaratmaq niyyətindədir. Bu haqda AzerVoice Associated Press-ə istinadən məlumat verir. Məlumata əsasən, yaradılması nəzərdə tutulan bufer zonaQəzza zolağının ümumi sahəsinin təxminən 60 kvadrat kilometrini əhatə edəcək.
Agentlik bildirib ki, İsrail ordusu hazırda Qəzza sərhəddində bufer zonasının yaradılması ilə bağlı sualına cavab verməkdən imtina edib, lakin, sərhəd boyu binaların sökülməsini etiraf edib.
Digər tərəfdən, adının açıqlanmamasını tələb edən bir İsrail hökumət rəsmisi tikilməkdə olan “müvəqqəti təhlükəsizlik bufer zonası”nın olduğunu da bildirib.
İsrailə böyük hərbi dəstək və Qəzzə ilə müharibəsi üçün siyasi örtük təmin edən Birləşmiş Ştatlar dəfələrlə elan edib ki, Qəzza zolağının işğalını, bufer zonanın yaradılmasını dəstəkləmir.
Lakin Misir və Qərb diplomatları Associated Press-ə bildiriblər ki, İsrail keçən ilin dekabrında Qərb müttəfiqlərini və ərəb ölkələrini bufer zona yaratmaq niyyətində olduğunu bildirib.
Agentlik amerikalı analitiklərə istinadən bildirir ki, hədəfi bir kilometr dərinlikdə olan ərazidə müharibə başlayandan bəri ən azı 1329 bina sökülüb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.
Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.