8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Nazirlər Kabineti bu gün istefa verəcək

14 Fevral 2024 12:59
Nazirlər Kabineti bu gün istefa verəcək

Bakı. AzerVoice:

Nazirlər Kabineti bu gün istefa verəcək.

AzerVoice xəbər verir ki, Azərbaycan Konstitusiyasının 116-cı Maddəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası) əsasən, yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Konstitusiyanın 118-ci Maddəsinə (Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası) əsasən isə, Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

Qeyd edək ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Məqalədə: #Nazirlər Kabineti

Mövzu üzrə digər xəbərlər

Tramp bu gün Kemp-Deviddə Nazirlər Kabinetinin iclasını keçirəcək
Digər Dövlətlər

Tramp bu gün Kemp-Deviddə Nazirlər Kabinetinin iclasını keçirəcək

31 İyul 18:23
Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib
Siyasət

Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

13 İyul 18:59
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib
Siyasət

Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

10 İyul 17:49
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Siyasət

Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

1 İyul 17:45

Son Xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.