Bakı,AzerVoice
İsrail açıq şəkildə Qəzzada uşaqları və qadınları güllələməyə çağırır.AzerVoice xəbər verir ki,
Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrail ordusunun baş qərargah rəisi ilə kabinet iclasında hərbçilərdən Qəzzada İsrailə yaxınlaşan qadın və uşaqları güllələməyi tələb edib.
"Düşmənlərimizin necə işlədiyini bilirsiniz. Onlar bizi sınaqdan keçirəcək, qadın və uşaqları göndərəcək və sonda təxribatçı olacaqlar. Qadın və uşaqların sərhədə yaxınlaşmasına icazə verə bilmərik. Yaxınlaşan hər kəs güllələnməlidir” - deyə nazir bildirib.