5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb

24 Fevral 2024 21:47
Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb

Bakı. AzerVoice:

"Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tərəfdaşlığı və məşhur fotojurnalist Reza Deqatinin təşəbbüsü ilə Paris və Bakıdakı əməkdaşlar tərəfindən www.khojalywitness.org saytı hazırlanıb.

AzerVoice xəbər verir ki, Reza Deqati 1992-ci ildə Xocalı soyqırımının, Azərbaycan xalqının başına gətirilən dəhşətlərin nadir şahidlərindən biri olub. Hələ o vaxtdan lentə köçürtdüyü həqiqətləri dünyaya çatdırmaq üçün dünyanın bir çox yerində sərgilər təşkil edib, reportajlar verib.

“Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini gördüm, nalələrini eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına köçürdüm. O anları ki mən gördüm, o səsləri ki mən eşitdim, bütün bunlar mənə dərindən təsir etdi. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəm, çiynimdə olan bir yükdür”, - deyə o bildirib.

Dünyanın müxtəlif yerlərindəki problemləri, insanların üzləşdiyi bəlaları dünyaya çatdıran Reza 32 ildir ki, Xocalı sakinlərinin də səsi olmağı missiya kimi öz üzərinə götürüb.

Saytda 1992-ci ildə Xocalı və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə təqdim olunur. Həmçinin “Time”, “The New York Times”, “The Washington Тimes”, “The Washington Post”, “ВВС1News”, “The Independent,” "Le Monde", "Newsweek", “The Sunday Тimes”, “Human Rights Watch”, “The Age”, “The Boston Globe” “Kommersant”, “Svoboda” kimi nüfuzlu beynəlxalq media orqanlarının soyqırımı ilə bağlı yazdığı faktlar da əlavə olunub.

Bundan başqa, Xocalı soyqırımının şahidi olmuş Amerika Birləşmiş Ştatlarından jurnalist, yazıçı və müəllif Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev, Fransadan fotoqraf və sənədli kinorejissor Frederique Lengaigne və Litvadan fotojurnalist Rikardas Lapaitis tərəfindən qeyd olunmuş faktlar da saytda göstərilib.

Veb-sayt daha çox kütləyə çatması üçün Azərbaycan, fransız, ingilis və rus dillərində olmaqla, 4 dildə hazırlanıb. Gələcəkdə saytın azı 10 dilə tərcümə olunması da nəzərdə tutulur.

Saytın yaradılmasında əsas məqsədlərindən biri Xocalı soyqırımı qurbanlarının, şahidlərinin hekayələrini göstərməklə, digər insanların bu şəkillərə baxaraq öz əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.

Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb

Mövzu üzrə digər xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

4 Sentyabr 17:00
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26
Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?
ArabLyrics

Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?

4 Sentyabr 12:13
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.