10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə türklərin də, kürdlərin də ölkəsidir- Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 29 Oktyabr Respublika Günü münasibətilə Anıtkabirdə keçirilən mərasimdə iştirak edib.

30 Oktyabr 2024 15:52
Türkiyə türklərin də, kürdlərin də ölkəsidir-  Ərdoğan

Bakı, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 29 Oktyabr Respublika Günü münasibətilə Anıtkabirdə keçirilən mərasimdə iştirak edib.

AzerVoice xəbər verir ki, Ərdoğan çıxışı zamanı, Türkiyə Cümhuriyyətinin 101-ci ildönümünü qeyd edərək, ölkənin və millətin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin görüldüyünü vurğulayıb. Həmçinin, Cümhuriyyətin həm türklərin, həm də kürdlərin, lazların, çərkəzlərin, ərəblərin, rumların və bütün vətəndaşların Cümhuriyyəti olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin birlik və həmrəyliyinə vurğu edərək, Dövlət Bahçelinin də tez-tez sitat gətirdiyi Ziya Gökalpın sözlərini xatırladıb: "Türklərin və kürdlərin bir-birini sevməsi həm dini, həm də siyasi bir borcdur. Kürdləri sevməyən türk varsa, türk deyil. Türkü sevməyən kürd varsa, o da türk deyil."

Ərdoğan, türk və kürd xalqlarının birlik və həmrəyliyinə diqqət çəkərək, Alparslanın Malazgirt döyüşündə türk, kürd və ərəb əsgərlərinin birgə döyüşdüyünü də vurğulayıb.

Ərdoğan əlavə edib ki, "Uzun müddətdir bizi bir-birimizdən ayırmağa çalışırlar. Çünki onlar Malazgirtin və Yerusəlimin fəthinin qisasını almaq istəyirlər."

O, xalqa səslənərək, qardaşlığın qorunması və düşmənləri sevindirməmək üçün birliyin əhəmiyyətini vurğulayıb: "Biz bu tələyə düşməyəcəyik. Qardaşlığımızı məhv etməyə çalışanlara imkan verməyəcəyik."

Qeyd edək ki, bundan öncə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli də, Cümhuriyyətin 101-ci ildönümü münasibətilə yayımladığı mesajda, Türkiyə Cümhuriyyətinin kürd problemi olmadığını və olmayacağını, mövcud problemin separatçı terror problemi olduğunu qeyd etmişdi.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

9 Sentyabr 08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

9 Sentyabr 00:22

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.