12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların onuncu iclası keçirilib

2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini və Ermənistan Respublikasının Baş nazirinin müavininin sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib.

1 Noyabr 2024 20:17
Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların onuncu iclası keçirilib

Bakı. AzerVoice

2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib.

AzerVoice xəbər verir ki, yuxarıda qeyd olunan komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər.

Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, Tərəflər vurğuladılar ki, sözügedən Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir.

Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar.

Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər.

Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər.

Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə etdilər.

Məqalədə: #Azərbaycan #Ermənistan #delimitasiya

Mövzu üzrə digər xəbərlər

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
Neft və qaz

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə

11 Sentyabr 23:07
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.