9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

COP29 çərçivəsində şəhərsalma sahəsinə dair müzakilər aparılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində Bakıda səfərdə olan bir sıra hökumət nümayəndələri ilə görüşüb.

22 Noyabr 2024 23:07
COP29 çərçivəsində şəhərsalma sahəsinə dair müzakilər aparılıb

Bakı. AzerVoice

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində Bakıda səfərdə olan bir sıra hökumət nümayəndələri ilə görüşüb.

Komitədən AzerVoice-ə verilən məlumata görə, əvvəlcə Malayziyanın Mənzil təminatı və yerli hökumət naziri Nqa Kor Minq ilə keçirilən məhsuldar görüşdə şəhərsalma, infrastruktur və yerli idarəetmə sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər qarşılıqlı təcrübə mübadiləsi sayəsində bu sahələrdə daha effektiv iş və şəhərlərin davamlı inkişafı üçün birgə layihələr üzrə yeni imkanları nəzərdən keçiriblər. Anar Quliyev bu əməkdaşlığın Azərbaycan və Malayziyanın urbanizasiya sahəsində daha böyük uğurlarına və hər iki ölkədə həyat keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

Tacikistan Respublikasının Memarlıq və İnşaat Komitəsinin sədri Nizom Mirzozodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə baş tutan növbəti görüş zamanı tərəflər ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Qonaqlar şəhərlərin müasirləşdirilməsi və transformasiyası ilə yanaşı, ənənələrin qoruması sahəsində Azərbaycanın təcrübəsinə, habelə tarixi irs, müasir həllər və davamlı inkişafın harmoniyasını təmin edən şəhərsalmada innovativ yanaşmalara xüsusi maraq göstəriblər.

Anar Quliyev bu gün Sinqapur Milli İnkişaf Nazirliyinin Yaşana bilən Şəhərlər Mərkəzinin sədri professor Çonq Kun Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb. Görüşdə davamlı və yaşana bilən sağlam şəhərlər yanaşması, ekoloji həllər, qabaqcıl şəhərsalma texnologiyaları və şəhər idarəçiliyinin rəqəmsallaşdırılmasında Sinqapurun böyük təcrübəsinə xüsusi diqqət yetirməklə əməkdaşlıq perspektivləri müzakirə edilib. Sonda tərəflər bir-birini Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna və Sinqapurda təşkil olunacaq Ümumdünya Şəhərlər Sammitinə dəvət ediblər.

COP29-da təşkil olunan Şəhərsalma Günündə iştirak edən hər üç nümayəndə heyəti tədbirin uğurlu təşkili, habelə “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət” təşəbbüsü və Bakı Davamlılıq Koalisiyasının yaradılması münasibətilə səmimi təbriklərini çatdırıb.

COP29 çərçivəsində şəhərsalma sahəsinə dair müzakilər aparılıb COP29 çərçivəsində şəhərsalma sahəsinə dair müzakilər aparılıb COP29 çərçivəsində şəhərsalma sahəsinə dair müzakilər aparılıb COP29 çərçivəsində şəhərsalma sahəsinə dair müzakilər aparılıb COP29 çərçivəsində şəhərsalma sahəsinə dair müzakilər aparılıb
Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
09:41
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
09:26
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
09:23
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.