Bakı. AzerVoice
Bakıda “Paxlava və Şirniyyat Festivalı” keçirilib.
AzerVoice xəbər verir ki, festivalda 10 000 dən çox paxlava hədiyyə olunub.
Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Assosiasiyasının (BAKTAD) və Rəmzioğlu paxlavanın təşkilatçılığı ilə keçirilən “13-cü Ənənəvi Qızıl Oxlova Paxlava Ustaları Müsabiqəsi və Şirniyyat Festivalı” bu il Azərbaycanın paytaxtı Bakıda keçirilib.
Festival çərçivəsində Türkiyə və Azərbaycan paxlava istehsalçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin paxlava və şirniyyatların xarici ölkələrdə birgə tanıdılması kimi məsələlər hədəflənib.
BAKTAD 2001-ci ildə türk paxlavasını dünyaya tanıtmaq məqsədilə yaradılmışdır.
Rəmzioğlu 2005-ci ildən premium məhsulları ilə paxlava və şirniyyat sektorunda fəaliyyət göstərir.
Festival 15 dekabrda Bakı İdman sarayında keçirilib.
Ətraflı məlumat üçün: www.ramzioglu.az
Tel: 070 808 08 00