9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.

21 Dekabr 2024 15:42
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bakı,AzerVoice

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.

AzerVoice xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb. Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində həyata keçiriləcək layihələrin əhəmiyyətini qeyd edib. Təhsil, səhiyyə, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə və mədəniyyət sahələrində layihələrin, habelə təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.

Prezident Ruto ölkəmizin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini qeyd edib. Azərbaycan və Keniya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edib.

İqlim fəaliyyəti, enerji, ticarət və sərmayələr, turizm, təhsil və digər sahələr daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək və tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu bildirib. Dövlət səviyyəsində, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən təhsil, mədəniyyət, səhiyyə və bu kimi humanitar sahələrdəki layihələrin əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Keniya Respublikasının Prezidenti Uilyam Samoei Rutoya ölkəmizə səfərə dəvət məktubu təqdim edilib. Prezident Ruto dəvətə görə təşəkkür edib, məmnuniyyətlə qəbul etdiyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb
Məqalədə: #Heydər Əliyev Fondu #Leyla Əliyeva

Mövzu üzrə digər xəbərlər

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06

Son Xəbərlər

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.