15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrail Nəsrullahı necə öldürdüyünü ilk dəfə açıqladı - Detallar

İsraildə hərbi senzura Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsi ilə bağlı yeni məlumatların dərc edilməsinə icazə verdi. Bundan da məlum olur ki, onun harada olması və onun səfərləri barədə xəbərlər onun öldürülməsindən bir neçə gün əvvəl Təl-Əvivə çatıb.

5 Yanvar 2025 23:37
İsrail Nəsrullahı necə öldürdüyünü ilk dəfə açıqladı - Detallar

Bakı. AzerVoice / Arab.AZ

İsraildə hərbi senzura Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsi ilə bağlı yeni məlumatların dərc edilməsinə icazə verdi. Bundan da məlum olur ki, onun harada olması və onun səfərləri barədə xəbərlər onun öldürülməsindən bir neçə gün əvvəl Təl-Əvivə çatıb.

Onun öldürülməsi haqqında qərar ən yüksək səviyyədə qəbul edilib və olduğu qərargan bombalandıqdan sonra da ehtiyat üçün binaya birləşən tunellər eləcə də, ətraf binalara ümimulikdəı 14 dəfə hava zərbəsi ensdirilib.Bu onun ehtimal edilə bilən qaçısının qarşısını almaq üçün olan addım idi. Hətta baprladılan binaya müxtəlif vaxtlarda müntəzəm hava zərbəsi endirilimişdi.

Təl-Əvivdəki təhlükəsizlik mənbələri bildirirlər ki, Nəsrullahın qətlinə görə axtarışlar 2006-cı il müharibəsindən qısa müddət sonra “Aman” (İsrail ordusunun Hərbi Kəşfiyyat Bölməsi) və “Mossad”da başlayıb, lakin bununla bağlı siyasi qərar o vaxt qəbul olunmayıb.Münasib fürsət eldə edilənə qədər isə, hər iki qurum ( AMAN və MOSSAD) onu sadəcə olaraq izləyiblər.

Nəsrullahı aldatmaq

Nəsrullah “Qəzzəyə dəstək müharibəsi” adlandırdığı “HƏMAS”a qoşulmaq qərarına gəldikdə, sui-qəsd planı ortaya atılmağa başladı. Lakin onun aldadılması və ona İsrailin müharibəni genişləndirmək niyyətində olmadığı fikrini aşılaması qərara alınmışdı. Əsəs fikir o olmalıdı idi ki, Nəsrullah arxayın olsun və müharibənin genişlənməyəcəyinə əmin olsun.

Əslində HƏMAS-la müharibə zamanı həm Nizbullah həm də İsrail müharibəni məhdudlaşdırmaqda maraqlı idi. Onların hər biri digərinə göstərir ki, o, bütün silahlarını digərinə qarşı istifadə etmək fikrində deyil. Beləliklə, aldatma əməliyyatı Livana qarşı müharibə və quru hücumunu genişləndirənə qədər gizli saxlanıldı.

Baş nazir Binyamin Netanyahu və o zamankı müdafiə naziri Yoav Qalant Livana qurudan müdaxilə edilmədikcə İsrailin şimalındakı əhalinin geri qayıtmasının mümkün olmadığını açıqlamışdı. Sentyabrın 17-də hökumətin təhlükəsizlik kabineti işğal planını işə salmağa qərar verdi. Netanyahu da ordunun istəklərinə zidd olaraq peycerləri, ertəsi gün isə radioları partlatmaq planını işə salmağa qərar verib. İki partlayış nəticəsində 4-ü mülki şəxs və 55-i Hizbullah fəalı olmaqla 59 nəfər həlak olub, əksəriyyəti partiyanın fəal üzvləri, o cümlədən partiya ilə işləyən həkimlər, İranın Beyrutdakı səfiri Müctəba da daxil olmaqla 4500-ə yaxın adam yaralanıb. Bütün bunların fonunda belə Hizbullah İsrailin Livana girməyəcəyinə əmin idi.

Livana müdaxilə sonrasi isə bəlli oldu ki, son 18 il medətində MOSSAD həm rian gentləri həm də Hizbullah daxilində olan ikili agentlər tərəfindən təşkilatın bütün aktiv üzvləri haqqında yetərincə bilgi toplaya bilib. Hizbullahın mühasibinin Beyrutun mərkəzində villasında öldürülməsi və digər səhra komandirlərinin məhvi bunu açıq şəkildə göstərirdi.

Sui-qəsddən bir neçə gün əvvəl hərbi kəşfiyyatçı Nəsrullahın harada olduğunu öyrəndiyi üçün AMAN-ın rəhbəri Şlomo Bandar idarə rəislərini toplayıb və onlardan onun qətli ilə bağlı rəy vermələrini xahiş edib və yekdil dəstək alınıb.

O, başqa bir mühafizəkar və ya müxalif rəy eşitmək istəməsinə rəgmən bu plana etiraz edən olmayıb, buna görə də əməliyyatı təsdiqləyən Baş Qərargah rəisi Herzi Halevinin yanına getdi. Plan, şəxsən Netanyahuya təqdim edildi və o, sui-qəsdi həvəslə təsdiqlədi.

Lakin qərara alındı ki, əvvəlcə Nəsrullahın “Qanadlarının kəsilməsi” planı tərbiq edilsin. Buna görə də üçüncü və dördüncü rütbəli bir qrup liderlə birlikdə İbrahim Əqil sentyabrın 20-də qətlə yetirildi. Əqil Nəsrullahın sağ əli idi. Sentyabrın 23-də Baş Qərargah rəisi Hizbullahın böyük bir qrupunun bazalarına və qərargahlarına, o cümlədən yalnız bir neçə nəfərin bildiyi gizli bunkerlərə şiddətli hava hücuma keçirildi.

Ordunun məlumatına görə, “Qanad kəsmə” planı Hizbullahın hərbi imkanlarının 80 faizini və çoxlu sayda bölgə komandirini məhv edə bilib.

Bazar günü mövzu ilə bağlı hesabat dərc edən Walla saytının hərbi müxbiri Əmir Bəhbut deyir: “Nəsrullah bu sərt və ardıcıl zərbələrin nəyə işarə olduğunu başa düşmədi. O, Livan və Qəzza arasındakı əlaqəyə sadiq qaldı.Özünü İsraili və onun düşüncə tərzini tanımaqda ən böyük mütəxəssis hesab edən Nəsrullah, İsrail təhlükəsizlik xidmətinin rəhbərləri 2023-cü il oktyabrın 7-dən əvvəl təkəbbürə qərq olduqları kimi, təkəbbürə qərq oldu. Nəsrullah Sərbəst hərəkət edirdi,sui-qəsd olunacağını gözləmirdi, halbuki hərbi kəşfiyyatçılar ona sui-qəsdin vacibliyinə əmin idilər və onun izini izləmək üçün bütün güclərini sərf etmişdilər.”

Sui-qəsddən bir neçə gün əvvəl onlar onun dəqiq yerini təkcə tunellərlə deyil, həm də yerin üstündə hərəkət etmə trayektoriyası da tam təsbit edilmişdi.

Nəsrullahın bir-birinə bağlı 20 nəhəng binanın yerləşdiyi yaşayış kompleksinin altında yerin dərinliklərində yerləşən qərargahının yeri tam bəlli olmuşdu.

Dörd gün ərzində Nəsrullahın hərəkətləri ən yüksək səviyyədə izlənilib. Tətbiqdən məsul olan Herzi Halevidən tutmuş Hərbi Hava Qüvvələrinin komandirlərinə qədər İsrail liderləri iştirak edirdi. Son tədqiqat sessiyası şəxsən Netanyahunun iştirakı ilə oldu. Təyyarələrdən ibarət eskadrilya hazırlanıb, 80 ton ağırlığında 83 bomba daşıyan 14 döyüş təyyarəsi hücumları məğrib namazı zamanı saat 18:21-ə təyin etdi.

10 saniyə ərzində proses tamamlandı. Binalar uçub, yerində böyük dərin çuxur qazılıb. Hər kəsin qaçmasının qarşısını almaq üçün mümkün çıxışlar bombalanıb. Livan xilasetmə və fövqəladə hallar qüvvələrinin fəaliyyətinə mane olan bombardmanlar bir neçə gün dayanmayıb. Qərar belə idi: “Onların heç biri sağ çıxmamalıdır”.

Məqalədə: #İsrail #Hizbullah #Həsən Nəsrullah

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

14 Sentyabr 07:26
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.