8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Tehran-Moskva strateji tərəfdaşlığı Qərbi narahat etməlidirmi?

İmzalanan razılaşma fonunda belə bir sual mereydana çıxır : Qərb bu razılaşmadan narahat olmalıdırmı?

17 Yanvar 2025 18:08
Tehran-Moskva strateji tərəfdaşlığı Qərbi narahat etməlidirmi?

Demo
BAKI,AzerVoice

Böyük Britaniyanın "Sky News" şəbəkəsi bildirir ki, Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından iki gün əvvəl, cümə günü Qərbin iki əsas rəqibi - Rusiya və İran strateji tərəfdaşlıq sazişi imzalayıb.
İmzalanan razılaşma fonunda belə bir sual mereydana çıxır : Qərb bu razılaşmadan narahat olmalıdırmı?

Böyük Britaniya mediası diqqəti ötən il Moskvanın Şimali Koreya ilə oxşar bir saziş imzaladığına yönəldir. Rusiya prezidenti Vladimir Putin, dünya nizamının dəyişdiyini və ABŞ-ın liderliyi ilə mövcud qlobal sistemin çökdüyünü göstərmək istəyir. Rusiya və İran arasındakı bu yeni saziş Moskvanın Ukraynanı tammiqyaslı işğalından sonra möhkəmlənən münasibətləri gücləndirəcək. Lakin Moskvanın fikrincə, Qərb bu razılaşmadan narahat olmamalıdır.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu həftə oxşar bir sazişi misal çəkərək bildirib ki, "bu sazişlər, Şimali Koreya ilə müqaviləmiz kimi, heç kimə qarşı yönəlməyib."
“Bununla belə, həmin sazişdə qarşılıqlı müdafiə maddəsi yer alıb, yəni hər iki tərəf zərurət yarandıqda bir-birinə dəstək verəcək”-deyə Lavrov bildirib.

Bu razılaşma dərhal Vaşinqton, Kiyev və Seulda narahatlıq doğurub. Altı aydan çox müddət keçdikdən sonra Ukrayna iki Şimali Koreyalı əsgərin döyüş meydanında əsir götürüldüyünü iddia edir. Bu, Rusiyanın Pxenyan qüvvələrini cəbhəyə yerləşdirdiyinə dair narahatlıqların haqlı olduğunu göstərir.

İranla yeni tərəfdaşlığın oxşar narahatlıqlara səbəb olacağını gözlənilir.
Karnegi Rusiya və Avrasiya Mərkəzinin direktoru Aleksandr Qaboyev bildirib ki, "Rusiyanın xarici siyasətində əsas prinsip Ukraynada müharibəni davam etdirməkdir. Hər bir ölkə Rusiyaya müharibə səylərində nə qədər kömək edə biləcəyinə və iqtisadi təzyiqləri yüngülləşdirə biləcəyinə görə qiymətləndirilir. İran bu kontekstə tamamilə uyğundur."-deyə o əlavə edib.

ABŞ və Böyük Britaniya artıq İranı Rusiyaya Ukraynaya qarşı istifadə üçün ballistik raketlər və pilotsuz uçuş aparatları tədarük etməkdə ittiham edib. Lakin Rusiya və İran bu iddiaları təkzib edir.

Qaboyev əlavə edib ki, müdafiə sahəsi bu yeni tərəfdaşlıq nəticəsində iki ölkə arasında daha sıx əməkdaşlıq sahəsi olacaq. “Əsl əməkdaşlıq buzdağının görünməyən hissəsindədir – burada Rusiya pilotsuz uçuş aparatları alır, onları layihələndirir, müxtəlif növ silahlar hazırlayır və bu vasitələr Ukraynada döyüş meydanında istifadə olunur. Əvəzində İran Rusiyadan texniki təcrübə əldə edir,” – deyə o bildirib.

Kreml bu müqavilənin imzalanma vaxtının Trampa heç bir aidiyyəti olmadığını və bunun təsadüfi olduğunu iddia edir. Putin, Qərbin Rusiyanı təcrid etmək səylərinə baxmayaraq, Qərb imperializmi və ABŞ hegemonluğundan azad çoxqütblü bir dünya yaratmaq arzusunu nümayiş etdirmək istəyir. Daha əvvəl Şimali Koreya ilə razılaşma imzalanmışdı, indi isə İran da bu sazişlərdə iştirak edir, bu isə sanksiyalara qarşı həmrəylik çərçivəsində həyata keçirilir.

Məqalədə: #İran #Rusiya #Vladimir Putin

Mövzu üzrə digər xəbərlər

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.