9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Somali Qəzza sakinlərinin yeni “vətəni” olur?

7 Fevral 2025 15:39
Somali Qəzza sakinlərinin yeni “vətəni” olur?

BAKI,AzerVoice

ABŞ prezidenti Donald Trampın Qəzzə sakinlərini daha “təhlükəsiz və gözəl” torpaqlara köçürmə vədi verdikdən sonra, İsrail onları Somaliyə tabe olan muxtar bölgə olan Puntlanda göndərmə planlarını nəzərdən keçirir.

İsrailin xarici işlər naziri Yisrael Katz dünən (cümə axşamı günü) İsrail ordusuna Qəzzə zolağından fələstinlilərin “könüllü” miqrasiyasına hazırlıq görməyi, o cümlədən dəniz və hava yolu ilə çıxış üçün “xüsusi tənzimləmələr” etməyi əmr edib.

Tramp, ABŞ-ın Qəzzəyə müdaxilə edib, onu yenidən qurması təklifini irəli sürüb. Prezident bildirib ki, Qəzzəni “dünyada öz növündə ən böyük və möhtəşəm şəhərlərdən birinə” çevirmək üçün amerikalı əsgərlərə ehtiyac olmayacaq və fələstinlilər “yeni və müasir evlərə” köçürüləcəklər.

Beynəlxalq ictimaiyyətin güclü müqavimətinə baxmayaraq, Trampın açıqlamaları İsrailin Qəzzə sakinlərini əsrlərdir yaşadıqları sahil bölgəsindən uzaqlaşdırmaq arzusunu yenidən gündəmə gətirib.

Qonşu Misir və İordaniya, məhv edilmiş bölgədə qalan iki milyon vətəndaşın heç birini qəbul etməkdən imtina edib və bu addımın fələstin dövlətinin yaradılması imkanlarını ciddi şəkildə sarsıdacağını bildirib.

Çərşənbə axşamı gecəsi, İsrailin Cənub-Qərbi Sakit okean bölgəsindəki baş konsulu İsrael Bashar, alternativ istiqamətlərin nəzərdən keçirildiyini bildirib.

Bashar “CBS News”a deyib: “Eşitdiklərimə görə, biz 3 fərqli bölgədən danışırıq: biri Mərakeşdə, biri Somalinin mərkəzində, digəri isə Somalinin yaxınlığında yerləşən və Puntland adlanan bir yerdə... Onlar bu yerlərə köçürülə bilərlər.”

Qəzzə sakinlərindən bəziləri Somaliyə və ya başqa bir yerə getmək niyyətində deyillər və bu addımı etnik təmizləmə cəhdi kimi qiymətləndiriblər.

Puntlandın informasiya nazirinin müavini Yaqub Məhəmməd Abdullah bildirib ki, əgər Qəzzədən gələn qaçqınlar könüllü olaraq gələcəklərsə, vilayət onların qəbul edilməsindən məmnun olacaq.

“İlk növbədə sizə bildirə bilərəm ki, Puntland Afrikanın bir küncündə, Fələstin isə Yaxın Şərqdə yerləşir. Bir insanı öz ölkəsindən başqa bir ölkəyə köçürmək üçün o insanın özü bu qərarı verməlidir.”-deyə o bildirib.

Lakin o, sərbəst hərəkət hüququnu dəstəkləyərək əlavə edib: “Bu problem deyil. O zaman və beynəlxalq hüquq çərçivəsində biz onları qəbul edəcəyik.”

Afrika buynuzunun şimal ucunda yerləşən və səhralıq olan Puntland, 2000-ci illərin əvvəllərində piratçılığın mərkəzi olmuşdur, lakin sonradan sabitləşərək, münaqişələrdən əziyyət çəkən ölkənin ən varlı və stabil bölgəsinə çevrilmişdir.

Buna baxmayaraq, Puntland hələ də çox kasıbdır; 2022-ci ildə adambaşına düşən ÜDM təxminən 507 dollar təşkil edib.

ABŞ prezidenti Donald Tramp, vəzifəyə başladığı vaxtdan bəri Puntlandda yerləşən gizli sığınacaqlara ilk hərbi zərbələri endirməyi əmr edib. O bildirib ki, bu zərbələr nəticəsində “İŞİD-in əsas hücum planlaşdırıcısı” və “mağaralarda gizlənən” digər terrorçular məhv edilib.

İsrailin baş naziri Benyamin Netanyahuya yaxın olan jurnalist Amit Siegal təsdiqləyib ki, İsrail fələstinlilərin Puntland və Mərakeşə göndərilməsi istiqamətində addımlar atır.

Somalilend 1991-ci ildə Somalidən tam müstəqilliyini elan edib, lakin beynəlxalq səviyyədə, yalnız Efiopiya tərəfindən tanınıb.

4.5 milyon əhalisi olan, yoxsulluq və işsizlikdən əziyyət çəkən Puntland, 2005-2012-ci illər arasında onlarla ticarət gəmisinin, neft tankerinin və şəxsi yaxtaların qaçırılması üçün əsas məkan olmuşdur.

Məqalədə: #Qəzza #Donald Tramp

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22

Son Xəbərlər

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
18:11
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.