5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrailin Gizli "Peycer Əməliyyatı"nın Hazırlıq Prosesi Nə Vaxt Başladı?

İsrailin "Peycer Əməliyyatı" Hizbullahın rabitə sistemlərini iflic edərək müharibənin gedişatında dönüş nöqtəsi yaratdı.

26 Fevral 2025 22:00
İsrailin Gizli "Peycer Əməliyyatı"nın Hazırlıq Prosesi Nə Vaxt Başladı?

BAKI,AzerVoice

İsrail kəşfiyyat xidməti Mossad-ın rəhbəri David Barnea bildirib ki, Peycer əməliyyatı Hizbullah üzərində böyük təsir yaradaraq İsrailin şimal cəbhəsində döyüş meydanında üstünlüyünü möhkəmləndirib. Barnea bu açıqlamanı Təl-Əvivdə Təhlükəsizlik Tədqiqatları İnstitutunda keçirilən konfransda verib.

"Bu əməliyyat düşmənlərimiz üzərində vəziyyəti dəyişdi və müharibədə dönüş nöqtəsi oldu" – deyə Barnea vurğulayıb. Onun sözlərinə görə, peycer partlayışları ilə Hizbullahın istifadə etdiyi minlərlə rabitə cihazı, xüsusilə radiolar və portativ çağırış aparatları hədəfə alınıb. Bu zərbələr təşkilatın əlaqə imkanlarını ciddi şəkildə zəiflətdi.

İsrail 17-18 sentyabr tarixlərində həyata keçirdiyi əməliyyat zamanı yüzlərlə rabitə cihazını partlatdı. Livan rəsmiləri bu hücumların nəticəsində 39 nəfərin öldüyünü, minlərlə insanın isə yaralandığını bildirib. Əməliyyatdan bir neçə gün sonra, 27 sentyabrda İsrail hava hücumu ilə Hizbullah lideri Həsən Nəsrullahı öldürdü.

Bundan sonra İsrail qüvvələri Livanın cənub sərhəd bölgələrində quru əməliyyatlara başladı və 23 sentyabrdan etibarən Hizbullah mövqelərinə hava zərbələrini artırdı. Bu qarşıdurmalar Qəzza müharibəsi fonunda İsrail və Hizbullah arasında sərhəd boyunca artan gərginliyin tərkib hissəsi idi.

Mossad rəhbəri əməliyyatın hazırlanmasının 2022-ci ildə başladığını və ilk 500 pager cihazının 7 oktyabr 2023-cü ildə Həmasın İsrailin cənubuna hücumundan bir neçə həftə əvvəl Livana çatdırıldığını qeyd edib. “Hizbullah üzvlərinin daim üzərində daşıdığı cihazları partlatmaqla qeyri-ənənəvi bir hücum üsulu seçdik” – deyə Barnea əlavə edib.

O, həmçinin bildirib ki, partladılan cihazların sayı müharibənin əvvəlindəkindən on dəfə çox olub. Əməliyyatın vaxtı ilə bağlı daxili müzakirələrdə fərqli fikirlər olsa da, baş nazir Benyamin Netanyahu hücuma başlamaq qərarını verib.

Barnea əlavə edib: “Minlərlə cihazın Hizbullah üzvlərinin əlində partladığı gün müharibənin gedişatını dəyişən bir an kimi tarixə düşəcək. Müharibədə qələbə yalnız ölü və dağıdılmış hədəflərin sayına görə ölçülmür – əsas düşmənin ruhunu sındırmaqdır.”

Qeyd edək ki, Netanyahu bu ayın əvvəlində ABŞ prezidenti Donald Trampa əməliyyatı xatırlatmaq üçün qızıl pager hədiyyə edib.

Livan isə İsrailin cənub ərazilərdən tamamilə geri çəkilmədiyini və sərhədin beş strateji təpəsində mövcudluğunu qoruduğunu bildirərək bu durumu "işğal" kimi qiymətləndirib.

Məqalədə: #Livan #Beyrut #Hizbullah #peycer #İsrail və Hizbullah qarşıdurması #Həsən Nəsrullah sui-qəsdi #İsrail və Hizbullah müharibəsi #Hizbullah və İsrail döyüşləri #Nəsrullahın dəfni

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

4 Sentyabr 18:19
Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?
ArabLyrics

Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?

4 Sentyabr 12:13

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.