6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qəzzə sakinlərinə getmək azadlığı verməyin vaxtı çatıb - Netanyahu

İsrail Baş naziri Netanyahu, Donald Trampın Qəzzə sakinlərinin köçürülməsi planını dəstəklədiyini bəyan edərək, HƏMAS-ın girovları azad etməməsi halında "təsəvvür edilməz nəticələrlə" üzləşəcəyini bildirib.

3 Mart 2025 23:26
Qəzzə sakinlərinə getmək azadlığı verməyin vaxtı çatıb - Netanyahu

BAKI,AzerVoice

Qəzzə sakinlərinə getmək azadlığı verməyin vaxtı çatıb,AzerVoice xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. O, bildirib ki, İsrail HƏMAS-la atəşkəs sazişini pozmayıb və ABŞ Prezidenti Donald Trampın Qəzzə sakinlərinin köçürülməsi ilə bağlı planını olduqca cəsarətli bir plandır.
Netanyahu İsrail parlamenti - Knesset qarşısında çıxış edərək bu planı tam dəstəklədiyini bildirib və vurğulayıb ki, minlərlə varlı Qəzzə sakini rüşvət verərək bölgədən çıxmağa nail olub.
İsrailin Baş naziri əlavə edib: "Onlara getmək azadlığı verməyin vaxtı çatıb. Onlara seçim azadlığı verməyin vaxtıdır."
Fələstinlilərin rüşvət verərərk bölgədən getməsini HƏMAS və ya digər Fələstin mənbələri təsdiq etməyib.
"Təsəvvür edilməz nəticələr"
Netanyahu HƏMAS-ı xəbərdar edərək bildirib ki, əgər qrup Qəzzədə saxlanılan girovları azad etməsə, ağır nəticələrlə üzləşəcək.
"HƏMAS-a səslənirəm: əgər girovlarımızı buraxmasanız, təsəvvür edə bilməyəcəyiniz nəticələrlə üzləşəcəksiniz."-deyə o bildirib.
Netanyahu vurğulayıb ki, İsrail və Fələstin hərəkatı atəşkəs sazişinin ikinci mərhələsinə keçməkdən çox uzaqdır və bu, danışıqları təhlükəyə atır.
"Biz hələ də razılaşma çərçivəsindəyik, onu pozmuruq və dərhal müharibəyə qayıtmayacağıq." Lakin əlavə edib: "Kim bilir, bəlkə də buna ehtiyacımız olacaq."-deyə o qeyd edib.
Livan, Suriya və İran
Netanyahu Livanda Hizbullah qrupuna qarşı həyata keçirilən "Peycerjər" partlayış əməliyyatına yaşıl işıq yandırmaq qərarından danışaraq bildirib ki, hökuməti ölkə üçün ən uyğun qərarları, ən doğru zamanda və yerdə qəbul edir.
Suriyaya gəldikdə, Netanyahu İsrailin druz və kürdlərə kömək əlini uzatdığını bəyan edib.
İran mövzusuna toxunan İsrail Baş naziri vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün İsrail qətiyyətlə fəaliyyətini davam etdirəcək.

Netanyahu Qəzzə sakinlərinin köçürülməsi ilə bağlı Donald Trampın planını dəstəklədiyini bəyan etdi. İsrail və HƏMAS arasında atəşkəsin uzadılması ilə bağlı danışıqlar çətin vəziyyətdədir. Netanyahu İsrailin Livanda Hizbullah qrupuna qarşı həyata keçirdiyi əməliyyatlara yaşıl işıq yandırdığını açıqladı. Suriya və İranla bağlı İsrailin siyasəti Netanyahu tərəfindən Knessetdə müzakirə olundu.
Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #İsrailin Hizbullah ittihamları #İsrail və İran gərginliyi #Trampın Qəzza planı #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #İsrail-İran münaqişəsi #Suriya və İsrail gərginliyi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.