9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Netanyahu və Mitsotakis Türkiyəyə qarşı birgə hərəkət edir

3 Aprel 2025 19:00
Netanyahu və Mitsotakis Türkiyəyə qarşı birgə hərəkət edir

BAKI, AzerVoice

İsrail və Yunanıstan Türkiyənin maraqlarına qarşı yönələn yeni addımlar atmağa hazırlaşır.

AzerVoice xəbər verir ki, Yunanıstan Egeydə İsrail və Cənubi Kipr ilə birlikdə sualtı elektrik kabeli layihəsini yenidən işə salmağa qərar verib.

Afina hökuməti bu layihəni “Kiprin enerji təhlükəsizliyi” üçün mühüm hesab etsə də, layihənin geosiyasi məqsədlər daşıdığı vurğulanır. Yunan mətbuatı İsrailin bu məsələdə Afinaya diplomatik dəstək verəcəyini və lazım gələrsə, ABŞ-ı da prosesə cəlb edəcəyini yazıb.

Qərbi Qüdsdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və İsrailin baş naziri Binyamin Netanyahu arasında keçirilən görüşdə iki ölkənin müdafiə və enerji sahələrində əməkdaşlığı genişləndirməsi razılaşdırılıb. Görüşdə həmçinin Türkiyəyə qarşı mümkün addımlar müzakirə olunub. İsrail Şərqi Aralıq dənizində Yunanıstana tam dəstək verəcəyini bəyan edib.

Yunanıstan, İsrail və Cənubi Kipr arasında planlaşdırılan sualtı elektrik kabeli layihəsi Türkiyə ilə Liviya arasında imzalanmış Dəniz Yurisdiksiyasının Delimitasiyası Müqaviləsi ilə kəsişir. Layihənin həyata keçirilməsi üçün Afina və İsrail Fransa və ABŞ-ın dəstəyini almağa çalışır. Yunan hökuməti layihənin təhlükəsizliyini təmin etmək üçün tədqiqat gəmilərini hərbi müşayiətlə qoruyacağını açıqlayıb.

Türkiyə isə bölgədə dəniz hüquqlarının pozulmasına icazə verməyəcəyini bildirərək, hərbi və diplomatik addımlar atmağa hazır olduğunu nümayiş etdirib. Ötən il Türkiyənin kontinental şelfində araşdırma aparmaq istəyən Yunanıstan tədqiqat gəmiləri Türk donanması tərəfindən dayandırılıb və böhrandan sonra Afina rəsmi Ankaradan icazə almağa məcbur olub.

Həmçinin, Yunanıstan, ABŞ, Fransa və İsrailin rəhbərliyi ilə Şərqi Aralıq dənizində genişmiqyaslı “İniochos 2025” hava təlimləri başlayıb. Yunanıstanın Andravida Hava Bazasında keçirilən təlimlərə Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, İspaniya, İtaliya, Qətər, Polşa və Monteneqro da qatılıb. Təlimdə ilk dəfə Qətər və İsrail birlikdə iştirak edir.

Qeyd edək ki, Fransada keçirilən “Şərqi Aralıq dənizi beşliyi” sammitində Suriyanın dəniz sərhədləri də müzakirə olunub. Fransa, Yunanıstan, Livan və Cənubi Kipr Suriyanın dəniz sərhədlərinin BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun müəyyən edilməsini tələb edib. Sammitdə Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılması üçün müəyyən şərtlər irəli sürülüb.

Məqalədə: #Türkiyə #İsrail #Benyamin Netanyahu #Fransa #Yunanıstan #Kiriakos Mitsotakis #Türkiyə-Liviya müqaviləsi #Şərqi Aralıq dənizi beşliyi #İniochos 2025 #Şərqi Aralıq dənizi gərginliyi #Yunanıstanın müdafiə siyasəti #Yunanıstan-İsrail müttəfiqliyi #ABŞ-ın Şərqi Aralıq dənizində rolu

Mövzu üzrə digər xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.