6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyəli Cərrah ABŞ-da tarixi vəzifəyə gətirilib

4 Aprel 2025 15:00
Türkiyəli Cərrah ABŞ-da tarixi vəzifəyə gətirilib

BAKI, AzerVoice

ABŞ Senatı Prezident Donald Trampın Medicare və Medicaid Services (CMS) Mərkəzlərinin direktoru vəzifəsinə namizəd göstərdiyi türkiyəli ürək cərrahı Mehmet Özü təsdiqləyib.

AzerVoice xəbər verir ki, Senatda keçirilən səsvermədə Mehmet Öz 53 “hə” və 45 “xeyr” səsi alaraq CMS direktoru təyin edilib.

O, ABŞ-da yaşlılara və aztəminatlı qruplara səhiyyə xidməti göstərən ən böyük federal qurumlardan birini idarə edəcək və bu vəzifəyə təyin olunan ilk türk olacaq.

CMS hər il 160 milyon amerikalının səhiyyə xərclərini idarə edir və tibbi sığorta proqramlarına nəzarət edir. ABŞ-da Medicare 65 yaşdan yuxarı şəxslərə tibbi xidmət göstərən federal sığorta proqramı, Medicaid isə aşağı gəlirli qrupları tibbi sığorta ilə təmin edən federal və əyalət proqramıdır.

Qeyd edək ki, ABŞ mediası Özün təyinatının Tramp administrasiyası dövründə federal xərclərin azaldılması siyasətinin bir hissəsi kimi qiymətləndirildiyini yazıb. CMS bu çərçivədə təxminən 300 işçinin ixtisarı ilə səhiyyə xərclərini azaltmağa çalışacaq.

Öz, Senatın Maliyyə Komitəsində keçirilən dinləmədə çıxışı zamanı ABŞ-da sağlamlıq sığortasının uzunmüddətli dayanıqlığının təmin edilməsinin vacibliyini vurğulayıb. "Mən xəstələrin həm bu gün, həm də gələcəkdə lazımi tibbi resurslara çıxış imkanına malik olmasını təmin etmək istəyirəm" – deyə o bildirib.

Həkimlik təcrübəsindən və qazandığı 10 Emmy Mükafatından bəhs edən Mehmet Öz, CMS-in əsas hədəflərindən biri kimi amerikalıların ömrünü uzatmaq və səhiyyə xidmətlərini əlçatan etmək məqsədini qeyd edib.

Məqalədə: #Türkiyə #ABŞ #Donald Tramp #ABŞ Senatı #Mehmet Öz #Federal səhiyyə proqramları #CMS direktoru

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.