9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İran geri addım atdı: ABŞ-la danışıqlar aparılacaq

5 Aprel 2025 20:18
İran geri addım atdı: ABŞ-la danışıqlar aparılacaq

BAKI, AzerVoice

İran ABŞ ilə bərabər əsasda danışıqlar aparmağa hazırdır.

AzerVoice xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

Lakin bu açıqlama topu yenidən Trampın meydanına atmaq cəhdi kimi görünür, çünki birbaşa danışıqlarla bağlı qərarı yalnız ali rəhbər Əli Xamenei verə bilər.

Bundan əvvəl Tramp bildirib ki, İranla birbaşa danışıqlara üstünlük verir.

“Mən əminəm ki, iranlı rəsmilər birbaşa danışıqlar istəyir, amma narahatdırlar, zəif görünürlər. Mən istəmirəm ki, onlar bu cür vəziyyətdə olsunlar”, - deyə Tramp bildirib.

Pezeşkian isə ABŞ-ın şantaj siyasətini qınayıb.

“Əgər qarşı tərəf danışıqlar aparmaq istəyirsə, niyə hədələyir? Amerika bu gün təkcə İranı yox, bütün dünyanı təhqir edir”, – deyə o bildirib.

Qeyd edək ki, qərb dövlətləri, xüsusilə ABŞ, illərdir İranı nüvə silahı əldə etməkdə ittiham edir. İran isə bu iddiaları rədd edərək, nüvə fəaliyyətlərinin yalnız mülki məqsədlərdə istifadə edildiyini bildirib.

2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya) arasında beynəlxalq nüvə sazişi imzalanmışdı. Saziş İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində ona tətbiq olunan sanksiyaların aradan qaldırılmasını nəzərdə tuturdu. Lakin Trampın prezidentliyi dövründə, 2018-ci ildə ABŞ bu razılaşmadan birtərəfli qaydada çıxaraq İrana qarşı sanksiyaları bərpa etmişdi. Buna cavab olaraq İran da sazişin öhdəliklərinə əməl etməyi dayandırmış və nüvə proqramını sürətləndirmişdi.

Məqalədə: #İran #Almaniya #Rusiya #ABŞ #Fransa #Böyük Britaniya #Donald Tramp #Çin #Əli Xamenei #BMT Təhlükəsizlik Şurası #nüvə silahı #Məsud Pezeşkian #İranın nüvə proqramı #İran nüvə sazişi #BMT Təhlükəsizlik Şurası və İran

Mövzu üzrə digər xəbərlər

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.