5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Müharibəyə hazırıq, amma başlamayacağıq - SEPAH

5 Aprel 2025 22:48
Müharibəyə hazırıq, amma başlamayacağıq - SEPAH

BAKI, AzerVoice

Müharibəyə başlamayacağıq, amma tam hazırıq və geri çəkilməyəcəyik.

AzerVoice xəbər verir ki, bu sözlər İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlaminin verdiyi açıqlamada yer alıb.

“İran müharibəyə başlamayacaq, lakin düşməndən gələn hərbi təhdidlərə qarşı tam hazırdır”, - deyə o bildirib.

Səlami, həmçinin, bildirib ki, SEPAH düşmən qarşısında bir addım belə geri çəkilməyəcək və bütün hərbi və psixoloji ssenarilərə qarşı hazırdır”.

O, regiondaki son hadisələrə də diqqət çəkib.

“Bizim Qüds Qüvvələri eyni vaxtda Yəmən, İraq, Livan və Fələstin cəbhələrini idarə edərkən, ölkəmizdə seçkilər keçirilirdi. Bu zaman İsmayıl Haniyənin sionist rejim (İsrail red.) tərəfindən şəhid edilməsi, bizi böyük qisas alma qərarımıza bir daha sadiq etdi. Bu hadisələrin ardınca Livanda bəgər cihazlarının partlaması və Hizbullah liderlərinin şəhid olması, daha sonra isə mənəvi liderimiz Həsən Nəsrullahın və əziz qardaşımız general Abbas Nilfuruşanın şəhadəti ilə acı və kədərli günlər yaşadıq”, - deyə o vurğulayıb.

“Digər tərəfdə isə Husilər, Livandakı Hizbullah, İraq müqaviməti eyni keyfiyyətlə müqavimət göstərirlər. Belə geniş və şeytani bir cəbhə qarşısında nə partiyaya, nə Fələstinə, nə də bizə zərər dəyməməsi fikri, müharibə məntiqi ilə uyğun gəlmir. Düşmən gündüz və gecə bütün gücü ilə bizi fasiləsiz vurur – bu isə təbii bir haldır”, - deyə SEPAH-ın baş komandanı əlavə edib.

Səlami, İsraili məyus və gərgin bir düşmən adlandırıb.

“Biz silahsız bir xalqı məğlub edə bilməyən, məyus və gərgin bir düşmənlə qarşı-qarşıyayıq. Hər keçən gün məğlubiyyət və nifrət yazılır onların adına. Bu israillilər nə psixoloji, nə siyasi, nə də iqtisadi cəhətdən sabit deyillər. Əgər bir gün silah tədarükü dayansa, payız yarpaqları kimi töküləcəklər”, - deyə Səlami qeyd edib.

Məqalədə: #İsrail #İran #Fələstin #Qəzza zolağı #Livan #İraq #Yəmən #Husilər #Hizbullah #Həsən Nəsrullah #İsmayıl Haniyə #SEPAH #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #Hüseyn Salami

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

21:43

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.