ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran
İranın Xark adası ABŞ və İsrail tərəfindən bir neçə dəfə bombalansa da, zərbələr adada neft hasilatını dayandırmayıb. Bu barədə İran Milli Neft Şirkətinin baş direktoru məlumat verib. İranın yarırəsmi Fars agentliyinin məlumatına görə, rəsmi şəxs ABŞ Prezidenti Donald Trampın Xark adasının “tamamilə dağıdıldığı” barədə əvvəlki açıqlamasına cavab olaraq bildirib ki, adadakı işlər davam edir.
Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH
İran SEPAH-ının baş komandanı, general-mayor Əhməd Vahidi ölkəyə qarşı təhdidlərin davam edəcəyini və İranın müdafiə və hücum imkanlarını gücləndirməli olduğunu bildirib. SEPAH komandanı bildirib ki, müdafiə və hücum gücünün artırılması strategiyasının davam etdirilməsi həm mövcud, həm də gələcək təhdidlərin qarşısının alınması üçün ən effektiv yoldur.
İordaniyadakı ABŞ hərbi bazasına raket zərbəsi endirilib - SEPAH
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ-ın Əl-Əzraq hərbi hava bazasına bir neçə ballistik raketlə zərbə endirdiyini açıqlayıb. Bəyanatda iddia olunur ki, zərbə nəticəsində üç F-35 qırıcı təyyarəsi tamamilə məhv edilib, daha üç təyyarəyə isə ciddi ziyan dəyib. Həmçinin hücum zamanı bir neçə ABŞ hərbçisinin öldüyü bildirilib.
SEPAH Küveytdə ABŞ hərbi obyektlərini vurdu
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində yerləşən ABŞ hərbi kontingentinə və infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb. Əməliyyat çərçivəsində Küveytdəki Əli əs-Salim Hava Üssündəki hərbi texnika anbarı, "Patriot" hava hücumundan müdafiə sistemi və MQ-9 tipli zərbə PUA-larının saxlandığı hangar sıradan çıxarılıb. Həmçinin, Əl-Udeyri Kampında ABŞ hərbçilərinin yerləşdiyi şəxsi heyət zonası və iki helikopter hangarı hədəf alınıb.
Xameneinin qisasını alacağıq - SEPAH
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general Əhməd Vahidi İranın mərhum Ali Lideri Ayətullah Əli Xameneinin qətlünə görə Amerika Birləşmiş Ştatları və İsraildən qəti şəkildə qisas alınacağını bəyan edib. Briqada generalı Əhməd Vahidi ədalətin tam bərqərar olunması və cinayətkarlara, xüsusən də ABŞ ordusuna qarşı layiqli cavabın verilməsi üçün çağırış edib.
SEPAH ABŞ ordusunun regiondakı hərbi bazalarını vurduğunu elan etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ölkənin cənubundakı Sirik şəhərinə təşkil edilən hava hücumlarına cavab olaraq ABŞ ordusunun regiondakı dislokasiya məntəqələrini və hərbi mövqelərini vurduğunu elan edib. Böhrana səbəb Vaşinqtonun Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən kargo gəmisinə İranın müdaxiləsini bəhanə gətirərək Sirik şəhərindəki Taheruyi liman infrastrukturunu və radar müəssisələrini bombalaması olub.
İran Omanın Hörmüz boğazı üçün hazırladığı dəniz planını rədd etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri rəsmi bəyanat yayaraq, Omanın Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti üçün Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə birlikdə elan etdiyi "müvəqqəti dəniz dəhlizi" layihəsini qəti şəkildə rədd edib.
Bu gün onun ölüm günüdür - Məhəmməd Hüseyn Baqeri kimdir?
1980-ci ildə rəsmi şəkildə SEPAH-a qoşulan Baqeri, İran-İraq müharibəsi dövründə hərbi kəşfiyyat sahəsində sahə təcrübəsi toplamış və bu sahədə ekspert kimi tanınıb.Məhəmməd Baqeri (fars. محمد باقری), 1960-cı ildə Təbrizdə anadan olub. O, hazırda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi idi (2016-cı ildən). General-mayor rütbəsinə malik olan Baqeri, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tanınmış hərbi komandirlərindən biri kimi tanınırdı.
İranın İnqilabi Qvardiyası İsrailin Livandan çıxmaması halında bölgədə sülhün mümkün olmayacağını bildirib
İranın İnqilabi Qvardiyası bildirib ki, İsrail Livan ərazilərindən çıxmadıqca bölgədə sülh mümkün olmayacaq. Atəşkəsi qəbul etmək üçün bütün cəbhələrdə, o cümlədən Livanda dayanıqlı atəşkəs tələb olunur. Düşmən dərhal Livan xalqına qarşı hücumları dayandırmalı, işğal olunmuş əraziləri boşaldaraq beynəlxalq sərhədlərin arxasına çəkilməli və Livanın ərazi bütövlüyünü tanımalıdır.
Son 24 saatda Hörmüz Boğazından 35 gəmi keçib - SEPAH
İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bildirib ki, son 24 saat ərzində Hörmüz Boğazından 35 gəmi, o cümlədən neft tankerleri və konteyner gəmiləri keçib. SEPAH qeyd edib ki, bu keçidlər onların icazəsi və koordinasiyası ilə həyata keçirilib.
SEPAH ABŞ və İsrailə meydan oxudu
Bəyanatda İranın dünyanın “ən bahalı ordularına” qarşı dayanıqlılıq nümayiş etdirdiyi vurğulanaraq bildirilib ki, ölkənin əvvəlki müdafiə addımları bütün hərbi imkanların tam istifadəsi anlamına gəlmirdi. Rəsmi açıqlamada qeyd olunub ki, Tehran indiyədək təmkinli mövqe nümayiş etdirsə də, ölkənin suverenliyinə qarşı yeni təhdidlər yaranacağı təqdirdə bu yanaşma dəyişə bilər.
İranın kölgə kabineti: Ali Rəhbər Müctəba Xameneinin yoxluğunda dövləti idarə edən hərbi elita
Müctəba Xameneinin fevralın 28-də Amerika-İsrail zərbəsi nəticəsində öldürülən atasının xələfi kimi "Ali Rəhbər" təyin edilməsindən bəri o, hələ də ictimaiyyət qarşısına çıxmayıb. Lakin buna baxmayaraq müharibə zamanı qərarın kimin əlində olduğu haqda sualları fonunda İran rejimi hələ də ayaqdadır. Sistemin sağ qalması indi əsas şəxslərdən asılıdır; bunlar "İnqlab Keşikçiləri"nin rəhbəri ilə yanaşı, hər ikisi "Keşikçilər" korpusundan gələn Ali Milli Təhlükəsizlik Şurasının sədri və parlament sədridir.