9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

Bu gün onun ölüm günüdür - Məhəmməd Hüseyn Baqeri kimdir?

1980-ci ildə rəsmi şəkildə SEPAH-a qoşulan Baqeri, İran-İraq müharibəsi dövründə hərbi kəşfiyyat sahəsində sahə təcrübəsi toplamış və bu sahədə ekspert kimi tanınıb.Məhəmməd Baqeri (fars. محمد باقری‎), 1960-cı ildə Təbrizdə anadan olub. O, hazırda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi idi (2016-cı ildən). General-mayor rütbəsinə malik olan Baqeri, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tanınmış hərbi komandirlərindən biri kimi tanınırdı.

13 İyun 2026 08:00
Bu gün  onun ölüm günüdür  - Məhəmməd Hüseyn Baqeri kimdir?

BAKI,VOA

İsrailin İrana hərbi hava hücumu nəticəsində İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Baqeri ölüb. Qeyd edək ki, 13 iyunda İsrailin İrana hərbi hava hücumu nəticəsində çoxlu sayda hərbçi, o cümlədən SEPAH baş komandanı Hüseyn Salami ölüb.

İsrailih hava hücümü zamanı ölən Məhəmməd Hüseyn Baqeri kimdir?

Məhəmməd Baqeri (fars. محمد باقری‎), 1960-cı ildə Təbrizdə anadan olub. O, hazırda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi idi (2016-cı ildən). General-mayor rütbəsinə malik olan Baqeri, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tanınmış hərbi komandirlərindən biri kimi tanınırdı.

Məhəmməd Baqeri 1979-cu ildə mühəndislik fakültəsinin birinci kurs tələbəsi olarkən Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsi aksiyasında iştirak edib.

1980-ci ildə rəsmi şəkildə SEPAH-a qoşulan Baqeri, İran-İraq müharibəsi dövründə hərbi kəşfiyyat sahəsində sahə təcrübəsi toplamış və bu sahədə ekspert kimi tanınıb.

O, siyasi coğrafiya üzrə doktorluq dərəcəsinə malikdir və hazırda Tehran şəhərində yerləşən İran Silahlı Qüvvələrinin Baş Qərargahına bağlı Ali Milli Müdafiə Universitetində siyasi coğrafiya üzrə dərs deyib.

Baş Qərargah rəisi təyinatı

28 iyun 2016-cı ildə İranın ali rəhbəri Ayətullah Əli Xamenei onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edib. Bu vəzifədə o, general Həsən Firuzabadini əvəzləyib.

2016-cı ilin dekabrında İŞİD-ə qarşı aparılan mübarizə kontekstində Baqeri bildirib ki, Bağdadın süqutu halında İran, “Xilafət”in nəzarətində olan ərazilərə birbaşa müdaxilə etməyə hazırdır.

Amerika Sahibkarlıq İnstitutu (AEI) tərəfindən aparılan tədqiqatlarda Məhəmməd Baqeri, Məhəmməd Əli Cəfəri, Əli Fədavi və Qülaməli Rəşid kimi yüksək rütbəli SEPAH komandirləri ilə birlikdə “SEPAH-ın Komandanlıq Şəbəkəsi”nin əsas üzvləri kimi təqdim olunub. AEI-nin “Təhlükəli Təhdidlər Layihəsi” çərçivəsində yayımlanan hesabatda qeyd olunur ki, bu şəbəkə İran Silahlı Qüvvələrinin yüksək rəhbərliyində dominant mövqedədir və hərbi planlaşdırma, əməliyyatlar, kəşfiyyat, gizli və qeyri-adi hərbi fəaliyyətlər, eləcə də ölkədaxili təhlükəsizlik üzərində nəzarətə malikdir.

8 aprel 2019-cu ildə ABŞ, SEPAH-ı xarici terror təşkilatı elan edib. İsrailin baş naziri Benyamin Netanyahu bu qərara görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib.

Bu qərara cavab olaraq general Məhəmməd Baqeri bəyan edib: “Biz ABŞ qüvvələrini Qərbi Asiyada terrorçu hesab edirik və onlar hər hansı bir hərəkət etsələr, ciddi şəkildə qarşılıq verəcəyik.”

2022-ci il oktyabrın 21-dən etibarən Məhəmməd Baqeri, İranın Rusiyaya “Shahed-136” kamikadze dronlarını tədarük etməsi ilə bağlı Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıb. Bundan əlavə, o, Avstraliya, İsveçrə və Yeni Zelandiya tərəfindən də sanksiya siyahısına salınıb.

Məhəmməd Baqerinin böyük qardaşı Həsən Baqeri (1956–1983) SEPAH-ın İraqla müharibə dövründə tanınmış komandirlərindən biri olub və cəbhədə həlak olub.

Milli mənsubiyyəti: azərbaycanlıdır.

Məqalədə: #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #Məhəmməd Hüseyn Baqeri #Məhəmməd Baqeri #İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi #İran generalları #SEPAH komandirləri #İran-İraq müharibəsi #İŞİD və İran müdaxiləsi #Ayətullah Xamenei təyinatları #İran siyasi coğrafiyası #SEPAH-ın Komandanlıq Şəbəkəsi #İranın hərbi kəşfiyyatı #ABŞ və SEPAH münasibətləri #Shahed-136 dronları #İran-Rusiya hərbi əməkdaşlığı #İran generallarına qarşı sanksiyalar #Həsən Baqeri və İran müharibə tarixi #İran və Qərbi Asiyada hərbi balans #Məhəmməd Baqerinin bioqrafiyası #İranın daxili təhlükəsizlik strategiyası #İranın regional hərbi rolu

Mövzu üzrə digər xəbərlər

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25
İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?
Digər şəxsiyyətlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

27 Avqust 17:56
Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?
Ərəb yazıçılar və filosoflar

Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

25 Avqust 10:10

Son Xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
19:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.