9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrail Qəzzada girovları azad etmək üçün HƏMAS ilə razılaşıb

2 İyun 2024 03:15
İsrail Qəzzada girovları azad etmək üçün HƏMAS ilə razılaşıb

Bakı. AzerVoice:

İsrail Qəzzada girovları azad etmək üçün HƏMAS ilə razılaşıb.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin rəsmi telekanalı KAN paylaşım edib.

ABŞ prezidenti Co Baydenin elan etdiyi Qəzza zolağında atəşkəs təklifinin birinci mərhələsində İsrailin Qəzza zolağında “ölü və ya diri” 33 girovun azad edilməsi də daxil olmaqla, HƏMAS ilə əsir mübadiləsi razılaşmasını qəbul etdiyi iddia edilib.

Girovlar qrup halında 6 həftəlik azadlığa buraxılacaq, bunun sonunda İsrail və HƏMAS arasında daimi atəşkəs, yəni müharibənin başa çatması ilə bağlı danışıqlara başlanacaq və daha sonra razılaşmanın ikinci mərhələsi başlayacaq.

Qeyd olunub ki, ikinci mərhələdə əsgərlər və kişilər də daxil olmaqla, bütün girovlar azad ediləcək, lakin iki tərəf arasında müharibəni tamamilə dayandırmaq barədə razılıq əldə olunmayınca bu, baş tutmayacaq.

Üçüncü mərhələdə Bütün ölən girovların cəsədləri təhvil veriləcək.

Xatırladaq ki, Bayden mayın 31-də Ağ Evdəki çıxışında İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu isə Qəzza zolağında bütün məqsədlərə çatana qədər müharibənin davam etdirilməsində israrlı olduğunu bildirib.

Həmas həmçinin İsrailin təqdim etdiyi və ABŞ prezidenti Co Baydenin “daimi atəşkəs, işğalçı qüvvələrin Qəzza zolağından çıxarılması, yenidənqurma və məhbus mübadiləsi” ilə bağlı elan etdiyi təkliflərə müsbət baxdıqlarını açıqlayıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

İsrail Qəzzada girovları azad etmək üçün HƏMAS ilə razılaşıb
Məqalədə: #Qəzza #İsrail #Fələstin #ABŞ #HƏMAS

Mövzu üzrə digər xəbərlər

Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
09:41
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
09:26
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
09:23
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.