6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Mübariz İbrahimovun şəhid olmasından 14 il keçir

19 İyun 2024 12:41
Mübariz İbrahimovun şəhid olmasından 14 il keçir

Bakı,VOA

Bu gün Azərbaycan Respublikasının milli qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının 14-cü ildönümüdür .

VOA xəbər verir ki, Mübariz 19 iyun 2010-cu il tarixində Tərtər rayonunun Çaylı kəndində şəhid olmuşdur.

Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci ildə fevral ayının 7-də Biləsuvar rayonu, Əliabad kəndində anadan olub. 1994-2005-ci illər ərzində orta təhsilini Əliabad kəndində başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edən İbrahimov, 2007-ci ildə çavuş rütbəsində hərbi xidməti başa vurub. O, 2009-cu ildə yenidən öz istəyi ilə cəbhə bölgəsində gizir rütbəsində xidmət göstərməyə başlayıb.

O, deyirdi, “Mən yolumu seçmişəm. Əgər mən düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni heç bir zaman bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən…”

Şəhidlik yenilməzlik əlamətidir. Mübariz işğal altında olan Vətən torpaqlarımızın, boynu bükük dağlarımızın, məlul baxışlı meşələrimizin, dili kilidlənmiş bulaqlarımızın həsrətini çəkib. Dözə bilmirdi bunlara. Sözünün əvvəli də, axırı da Vətən idi. O, öz vətənini qorumağı və şəhid olmağı bir övlad kimi şərəf borcu bilirdi.

19 İyun 2010-cu ildə saat 23:30 radələrində heç kimə xəbər vermədən gedən Mübariz İbrahimov arxasında “Şəhid olsam, üzülməyin. Vətən sağ olsun” yazılı bir məktub buraxıb. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb və səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.

Mübariz ona qoyulan adı doğrultdu. Öz adının möhtəşəmliyini, ulu vətənin və torpağın yaddaşına yazılan əbədiyaşarları zamanın küləkləri, tufanları heç vaxt silə bilməyəcək. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! Vətən torpağı düşmən tapdağındadır, nəfəsiniz işğalı sona yetirməlidir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib. Həmçinin, Biləsuvar rayonunda onun adına küçə və orta məktəb də mövcuddur..

Mübariz İbrahimovun şəhid olmasından 14 il keçir Mübariz İbrahimovun şəhid olmasından 14 il keçir Mübariz İbrahimovun şəhid olmasından 14 il keçir
Məqalədə: #Mübariz İbrahimov

Mövzu üzrə digər xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
Ərəb turizmi

İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir

5 Sentyabr 15:53
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

4 Sentyabr 17:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.