5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı

1 İyul 2024 19:30
AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı

Bakı, VOA

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin satışına start verib. Biletləri aviaşirkətin www.azal.az rəsmi veb-saytı vasitəsilə onlayn əldə etmək mümkündür.

AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına müntəzəm reysləri iyulun 17-dən etibarən həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən baş tutacaq.

Füzuliyə aviabilet əldə edərkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:

  • Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.
  • Aviabilet əldə etmək üçün ilk növbədə yolumuzqarabaga.az portalına daxil olaraq müvafiq bölmədən icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Daha sonra AZAL saytına keçid alaraq həmin kodu və FİN nömrəsini daxil edib icazəni təsdiq etdikdən sonra bilet əldə etmək mümkündür. Verilmiş icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar.
  • Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin alınması üçün müvafiq sistem vasitəsilə yoxlanılan icazə kodu tələb olunduğundan bilet alışı ilkin mərhələdə yalnız sayt vasitəsilə onlayn mümkündür. Tezliklə mobil tətbiq üzərindən də bilet alışı prosesi təmin olunacaq.
  • Aviabileti yalnız hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşurutu üzrə əldə etmək olar.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.

Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25%, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90% güzəştlər nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci il oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə 8 aya inşa olunub. Aeroport sərnişinlərin rahatlığı və xidmətlərin yüksək səviyyədə göstərilməsi üçün bütün zəruri infrastruktura malikdir.

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı
Məqalədə: #AZAL

Mövzu üzrə digər xəbərlər

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov
Cəmiyyət

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

6 İyul 12:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Cəmiyyət

AZAL Brüsselə birbaşa uçuşlara başlayır

1 İyul 14:16
AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib
Cəmiyyət

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

18 İyun 22:30
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb
Cəmiyyət

AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

17 İyun 18:18

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.