6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Sahibə Qafarova Sankt-Peterburqda MDB PA Şurasının iclasında iştirak edib

12 İyul 2024 23:23
Sahibə Qafarova Sankt-Peterburqda MDB PA Şurasının iclasında iştirak edib

Bakı. AzerVoice

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 12-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyası (MDBPA) Şurasının iclasında iştirak edib.

Milli Məclisdən AzerVoice-yə verilən məlumata görə, iclasda bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində MDB PA müşahidəçilərinin iştirakı haqqında məsələnin müzakirəsi zamanı çıxış edən spiker Sahibə Qafarova deyib ki, seçkilərdə aidiyyəti dövlət orqanları tərəfindən prosesin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, seçki prosesinin tam şəffaflığı təmin edilib ki, seçicilər öz iradələrini sərbəst və maneəsiz ifadə edə bilsinlər. Bunu beynəlxalq müşahidəçilər də ifadə ediblər.

Seçkilərin monitorinqində 89 ölkəni və 72 beynəlxalq təşkilatı, o cümlədən 22 parlamenti və 12 parlamentlərarası təşkilatı təmsil edən 790 beynəlxalq müşahidəçinin iştirak etdiyini xatırladan Milli Məclisin sədri seçkilərlə bağlı əsas məsələ olaraq, onu qeyd edib ki, bu seçkilərdə xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın gələcək inkişafına səs verib. Qeyd olunub ki, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92 faizdən çoxunun səsini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Çıxışında Sahibə Qafarova deyib ki, seçki proseslərinin müşahidəsi MDB PA çərçivəsində əməkdaşlığın mühüm sahəsidir. Bu, seçki prosesinin təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi kimi üzv dövlətlərin ərazisində demokratiyanın və qanunun aliliyinin inkişafına töhfə verir. Bu baxımdan MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ), o cümlədən onun Bakı filialının seçkilərin müşahidəsi prosesində fəaliyyəti və verdiyi töhfə də xüsusi diqqətə layiqdir.

Spiker Sahibə Qafarova çıxışında seçki proseslərinin monitorinqi sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumat verib.

Sahibə Qafarova Sankt-Peterburqda MDB PA Şurasının iclasında iştirak edib Sahibə Qafarova Sankt-Peterburqda MDB PA Şurasının iclasında iştirak edib Sahibə Qafarova Sankt-Peterburqda MDB PA Şurasının iclasında iştirak edib Sahibə Qafarova Sankt-Peterburqda MDB PA Şurasının iclasında iştirak edib
Məqalədə: #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.