15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib

13 İyul 2024 14:21
Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edib

AzerVoice xəbər verir ki, görüşdə COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bu tədbirdə iştirak edəcəyini bir daha vurğulayan Helqa Maria Şmid COP29 çərçivəsində ölkəmizlə ATƏT arasında yaxından əməkdaşlığın həyata keçirildiyini deyib.

Dövlətimizin başçısı Azərbaycanın COP29-la bağlı çoxsaylı tədbirlər keçirəcəyini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının əvvəlki sədri və hazırda bu təsisatın “Troyka”sında olan, həmçinin, Avropa İttifaqı ilə yaxın əlaqələrə malik ölkə kimi müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Dövlətimizin başçısı ölkəmizin yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışıb. Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu deyib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.

Görüşdə regional bağlantılar məsələsi müzakirə olunub.

Xəzər dənizi və Qara dəniz yaşıl dəhliz layihəsinin əhəmiyyətinə toxunan Helqa Maria Şmid ATƏT-in gündəliyində yaşıl limanlar layihəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və ölkəmizə səfəri çərçivəsində Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olacağını bildirib.

Qonaq regional ətraf mühit monitorinq mərkəzinin yaradıldığını dedi və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxunub. Bütövlükdə ATƏT-in gündəliyində iqtisadiyyat və ətraf mühit məsələlərinin önəm kəsb etdiyini və bu layihələrin etimad quruculuğuna töhfə verdiyini vurğulayıb.

Söhbət zamanı regional sülh gündəliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğulayıb və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyi qeyd edib.

Helqa Maria Şmid humanitar minatəmizləmə fəaliyyətlərinə toxunub.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndiyini deyərək, 370-ə yaxın insidentin baş verdiyini, çoxlu sayda insanın mina partlayışları nəticəsində həlak olduğunu və yaralandığını vurğulayıb.

Görüşdə ATƏT-in gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?

16:51
Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
Maraqlı faktlar

Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı

15:00
Bu saata olan əsas xəbər başlıqları
Redaktorun seçimi

Bu saata olan əsas xəbər başlıqları

13:00
Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyə

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi

10:50

Son Xəbərlər

Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
20:48
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
20:44
Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP
Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP
20:32
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
20:28
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
20:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.