6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrail Livana girməyə hazırlaşır

27 İyul 2024 13:51
İsrail Livana girməyə hazırlaşır

Bakı,AzerVoice

Livan sərhədində qarşıdurmalar davam edərkən, ABŞ İranın dəstəklədiyi Hizbullah və İsrail arasında cəbhənin qarşısını almaq üçün diplomatik səy göstərir.

Buna baxmayaraq, İsrail ordusu Livan sərhədində Hizbullaha qarşı hücuma hazırlaşdığını açıqlayıb.

İsrail Ordusunun Şimal Komandanlığı general-mayor Ori Qordin verdiyi açıqlamada Livan Hizbullahına qarşı "həlledici hücuma" hazırlaşdıqlarını bildirib.

Qordin, Qəzza müharibəsi başlayandan bəri Livan sərhədində baş verən qarşıdurmalarda əksəriyyətinin Hizbullah üzvləri olan ümumilikdə ən azı 500 yaraqlının öldürüldüyünü iddia edib.

Komandir minlərlə Hizbullah hədəfinin məhv edildiyini iddia etsə də, Hizbullahın hələ də ciddi döyüş potensialının olduğunu  iddia edib.

“Çoxdandır gözlədiyimiz an gəlib və Hizbullaha qarşı döyüş qaçınılmazdır”-deyə o bildirib.

Qeyd edək ki , oktyabrın 7-dən bəri Livan sərhədində ümumilikdə ən azı 532 nəfər həlak olub.

Onlardan 342-nin Hizbullah yaraqlısı, 104-nün isə mülki şəxs olduğu təsdiqlənib. Buna baxmayaraq Qordin açıqlamasında mülki itkilərdən bəhs etməyib.

Bundan əlavə, İsrail ordusunun paylaşdığı məlumata görə, Livanın həyata keçirdiyi hücumlarda ümumilikdə ən azı 18 əsgər və 13 mülki şəxs həlak olub.

Oktyabrın 7-də HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının təşkil etdiyi Əl-Əqsa tufanı ilə başlayan Qəzza müharibəsində son vaxtlar Hizbullah ilə İsrail arasında qarşıdurmalar daha da şiddətlənib.

Hizbullah lideri Həsən Nəsrullah deyib ki, müharibə olacağı təqdirdə “onlar heç bir qayda və sərhəd tanımayacaqlar”.

İsrail ordusu həmçinin Livanda hərbi əməliyyat üçün əməliyyat planlarının təsdiqləndiyini açıqlayıb.

Digər tərəfdən, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdə mülki şəxslərdən bölgəni boşaltmalarını istəyib.

İsrail ordusunun bu səhər verdiyi açıqlamada, Xan Yunusda "humanitar yardım zonası" olaraq təyin olunan ərazidə HƏMAS-ın fəaliyyət göstərdiyinə dair kəşfiyyat məlumatının alındığı iddia edilib.

Bölgədə güclü hücumların olacağını bildirən İsrail ordusu mülki şəxslərdən Xan Yunusun qərbində yerləşən Əl-Mavasi qaçqın düşərgəsinə getmələrini istəyib.

Məqalədə: #Hizbullah

Mövzu üzrə digər xəbərlər

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

11:52
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

5 Sentyabr 18:17

Son Xəbərlər

Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.