9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə rəsmiləri İsrailli nazirə cavab verib

29 İyul 2024 10:40
Türkiyə rəsmiləri İsrailli nazirə cavab verib

Bakı, AzerVoice

İsrailin xarici işlər naziri Yisrael Katzın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan sözlərinə Türkiyədən reaksiyalar bir-birinin ardınca gəlib.

AzerVoice xəbər verir ki, İsrail xarici işlər naziri öz sosial media hesabından Ərdoğanı hədəf alan açıqlamalar verib. Bunun üzərinə Türkiyədən bir-birinin ardınca cavablar gəlib.

Vitse-prezident Cevdet Yılmaz sosial media hesabından verdiyi açıqlamada məzlum Fələstin xalqını, dinindən asılı olmayaraq hər kəs üçün ədaləti, regional sabitliyi və qlobal sülhü müdafiə etməyə davam edəcəklərini bildirib. "İnsanlıq gec-tez qalib gələcək. Bugünkü Hitlerlərin və nasist düşüncəli insanların sonu isə tarixdə baş verənlərdən fərqli olmayacaq.",-deyə qeyd edib.

Xarici işlər naziri Hakan Fidan da sosial media hesabından münasibət bildirib.

"Prezidentimiz insanlıq vicdanının səs olmuşdur. Bu haqlı səsi boğmaq istəyən beynəlxalq sionist dairələr, xüsusilə də İsrail böyük təşviş içərisindədir. Tarix bütün soyqırım törədənlər və onların tərəfdarları üçün eyni şəkildə nəticələnmişdir".

Daxili İşlər Naziri Ali Yerlikaya, “Xəstəxanaları, mülki düşərgələri, məscidləri, evləri və məktəbləri bombalayan, minlərlə fələstinli qardaşımızı şəhid edən soyqırımçı İsrail dövlətinin lovğa xarici işlər nazirini şiddətlə qınayıram” deyərək reaksiyasını bildirib.

Nəqliyyat və İnfrastruktur Naziri Abdülkadir Uraloğlu, "Vəhşilikləri beynəlxalq hüquqla qeydə alınan, əlləri körpə, uşaq və qadın qanına bulaşan işğalçı İsrailin xarici işlər nazirini qınayır və xəbərdar edirəm. Tökdüyünüz qanın içində boğulacaqsınız və Türkiyə həmişə sizin qarşınızda olacaq”,- deyə ifadə edib.

Türkiyə rəsmiləri İsrailli nazirə cavab verib
Məqalədə: #Türkiyə #İsrail #Rəcəb Tayyib Ərdoğan

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22

Son Xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
12:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.