4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Seçki kommunikasiyasında düzgün mesajların formalaşdırılması

9 Avqust 2024 20:50
Seçki kommunikasiyasında düzgün mesajların formalaşdırılması

Bakı. AzerVoice

Seçki prosesi siyasi kommunikasiyaların ən aktiv dövrlərindən biridir. Eyni zamanda müxtəlif platformalı namizədlər cəmiyyətə fərqli mövzularda mesajlar verirlər. Ancaq bu sahədə də strateji kommunikasiyaların qaydalarına əsasən planlı yanaşma gərəklidir.

Ümumi olaraq seçici ilə kommunikasiya 3 hissəyə bölünür. Birinci, müxtəlif sahələrdə deputatlığa namizədin düşüncə və fikirlərini və ya təmsil etdiyi siyasi partiyanın yanaşmasını əks etdirən Siyasi Platforma yaradılır. Platforma mütləq şəkildə hazırlanmalıdır ki, namizdən öz kommunikasiyasını rahatlıqla qursun və böhran halları ilə qarşılaşmasın. Platformaya bəzən proqram və ya manifest adı da verirlər. Platforma nisbətən kompleks dildə hazırlanır və bütün kampaniya dövründə bütün kommunikasiyalarda – seçicilərlə görüşlər, TV və radio çıxışları, sosial səhifələrinin konteninin yaradılması və s. gündəlik şəkildə istifadə olunur. Platformada qeyd olunanlarla bağlı namizəd hər zaman hazırlıqlı və medianın suallarına açıq olur. Platformanın dilinin də öz üslubu var, burada “mən” tipli ismarışlardan istifadə etmək düzgün sayılmır.

Seçkidən sonra, səsvermənin nəticəsində namizəd Milli Məclisə seçilərsə platforma öz qüvvəsini itirmir və deputat onun əsasında öz fəaliyyətini davam etdirə bilir.

Bununla yanaşı seçicinin ən çox qarşılaşdığı kommunikasiya Platforma deyil, ikinci elementdir – mesaj və ya ismarışdır. Seçicilərin əksəriyyəti uzun yazıdan ibarət olan proqramları yadda saxlamır, əvəzinə namizədlərin verdiyi və professionallar tərəfindən hazırlanmış mesajlarını unutmur. Məhz buna görə düzgün mesajların formalaşdırılması, onların namizədin siyasi yanaşmalarını əks ətdirməsi çox vacibdir. İdeal mesajlar qısa olmalıdır. Mütəxəssislər mesaj üçün maksimum 27 söz limiti qoyurlar. Daha uzun mesajlar auditoriya tərəfindən qəbul edilmir və yadda qalmır.

Eyni zamanda unutmaq olmaz ki, mesaj sloqan deyil! Kampaniyanın mesajı seçicilərə namizədin niyə parlament seçkilərinə qoşulduğunu və digər namizədlər sırasından niyə məhz onu seçməli olduqlarını bəyan edir. Mesaj potensial dəstəkşilərə aydın göstərməlidir ki, onların qarşıladığı problemlərə ən yaxşı həllər məhz sizdədir.

Digər vacib məqam da “kod söz”lərdən istifadə ilə bağlıdır. Son illər müxtəlif seçkilərdə “kod sözlərdən” istifadə olunur ki, bu da ən effektiv üsullardan sayılır. Sahənin araşdırmaçısı Castin Xo yazır ki, “kod sözlər” ümumi auditoriyaya deyil, konkret adamlara, konkret seçicilərə yönəlmiş sözlər olur və birbaşa təsir qüvvəsinə malikdir.

Yalnız bu mərhələr bitdikdən sonra kommunikasiya alətləri işə salınmalı və müxtəlif fokus qruplara yönəlmiş mesajlarla kommunikasiya qurulmalıdır. Sloqanların hazırlanması da bu mərhələyə aiddir.

Müəllif: “Viva” kommunikasiya agentliyi

Seçki kommunikasiyasında düzgün mesajların formalaşdırılması
Məqalədə: #seçkilər

Mövzu üzrə digər xəbərlər

Trampın poçtla səsvermə qaydaları ilə bağlı məhkəmə maneəsi aradan qaldırılıb
Digər Dövlətlər

Trampın poçtla səsvermə qaydaları ilə bağlı məhkəmə maneəsi aradan qaldırılıb

25 Avqust 20:36
İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb
Digər Dövlətlər

İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb

15 İyul 20:22
Eyni adlı namizəd mübahisəsi Alyaskada gündəm oldu
Digər Dövlətlər

Eyni adlı namizəd mübahisəsi Alyaskada gündəm oldu

27 İyun 21:32
İsraildə seçkilər Netanyahunun siyasi karyerasını sona çatdıra bilərmi?
Digər Dövlətlər

İsraildə seçkilər Netanyahunun siyasi karyerasını sona çatdıra bilərmi?

27 İyun 18:09

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.