5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə limanları ilə 9 milyon tona yaxın kənd təsərrüfatı məhsulları daşınıb

6 Sentyabr 2024 11:02
Türkiyə limanları ilə 9 milyon tona yaxın kənd təsərrüfatı məhsulları daşınıb

Bakı, AzerVoice

Bu ilin yanvar-iyul ayında Türkiyə limanlarından 8 milyon 922 min 770 ton kənd təsərrüfatı məhsulları daşınıb.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazilikdən bildiriblər ki, daşınan yüklərin 141 min 397 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 8 milyon 781 min 373 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin iyul ayıbda Türkiyə limanlarından tranzit olaraq 260 min 188 ton kənd təsərrüfatı məhsulları daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 203 min 883 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 578 min 844 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 625 min 39 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 460 min 580 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 236 milyon 289 min 828 ton yük qəbul edib.

 “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 17 milyon 455 min 606 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 218 milyon 834 min 222 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarından 40 milyon 858 min 235 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 662 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 508, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 154 olub.

2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 977 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 23 min 298, Türkiyə bayrağı altında olan gəmilər isə 11 min 679 olub.

Məqalədə: #Türkiyə limanları #kənd təsərrüfatı #iyul statistikaları

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Liviya

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

16 Avqust 09:30
Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)
Küveyt

Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 18:00
İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)
İraq

İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 16:08

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.