5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Ceyhun Bayramov Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

12 Sentyabr 2024 17:05
Ceyhun Bayramov Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bakı, AzerVoice

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Zəkiyyə İğılı qəbul edib.

XİN-dən AzerVoice -a verilən məlumata görə, görüşdə, Azərbaycan və Əlcəzair arasında mövcud əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri, habelə regional və qlobal məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov təyinatı münasibətilə səfir Zəkiyyə İğılı ürəkdən təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzu edib.

Cari ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu illər ərzində əməkdaşlığımızın inkişafında qarşılıqlı səfərlərin, habelə intensiv siyasi dialoqun əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Bir sıra istiqamətlər, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar və s., üzrə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğu, bu xüsusda imkanların müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət, postmünaqişə dövrünün reallıq və çağırışları, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb. İstər keçmiş münaqişə, istərsə də postmünaqişə dövründə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü və suverenliyimizə göstərilən dəstəyə görə Əlcəzair tərəfinə təşəkkür edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Ceyhun Bayramov Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Ceyhun Bayramov Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Məqalədə: #Əlcəzair #Ceyhun Bayramov #Zəkiyyə İğılı

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

3 Sentyabr 11:39
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

1 Sentyabr 11:05
Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?
Əlcəzair

Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

31 Avqust 09:36
Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi
ArabSport

Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi

29 Avqust 17:04

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.