6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda növbəti ağacəkmə aksiyasında iştirak edib

20 Sentyabr 2024 05:09
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda növbəti ağacəkmə aksiyasında iştirak edib

Bakı. AzerVoice

Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki ərazidə ağacəkmə aksiyası keçirilib.

AzerVoice xəbər verir ki, “IDEA” könüllülərinin iştirakı ilə baş tutan budəfəki aksiya ümumi sahəsi 7 hektar olan yaşıllıq zonasının bir hissəsində təşkil olunub. Aksiya zamanı 200 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.

“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.

Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.

Məqalədə: #Heydər Əliyev Fondu

Mövzu üzrə digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28
Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub
Cəmiyyət

Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub

3 Avqust 11:19

Son Xəbərlər

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
11:30
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.