5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı

17 Aprel 2025 13:52
Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı

BAKI, AzerVoice

Air Arabia və BƏƏ-nin Azərbaycandakı Səfirliyi 17 aprel tarixində “Birgə və Sağlam” İctimai Birliyi ilə birlikdə Autizm Mərkəzini ziyarət etmiş və autizmli uşaqlarla fincan boyama fəaliyyəti həyata keçirmişdir.

AzerVoice xəbər verir ki, 17 aprel tarixində Air Arabia və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyi “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət etmişdir.

Tədbirdə BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Əl Bluşi, Air Arabia-nın Ərazi üzrə meneceri Nuket Angin və Azərbaycan üzrə təmsilçisi Gülnar Rzazadə iştirak etmişdir. Qonaqları mərkəzin rəhbəri Aytən Eynalova qarşılamış və mərkəzlə yaxından tanış etmişdir. Autizmli uşaqların şəxsi inkişafı və onların gələcək karyeralarına hazırlığı üçün keçirilən dərslər, təlimlər barədə ətraflı məlumat verilmiş, mərkəzin bütün otaqlarında gəzinti təşkil olunmuşdur. Mərkəzin rəhbəri Aytən Eynalova hər bir uşağa individual yanaşma göstərildiyini, onların ehtiyaclarına uyğun proqramların tərtib olunduğunu və bu proqramlar əsasında inkişaf yolunun müəyyənləşdirildiyini bildirmişdir.

Eyni zamanda, mərkəzin nəzdində fəaliyyət göstərən “Kashalata” kafe haqqında da məlumat verilmişdir. Daha sonra kafedə çay süfrəsi təşkil olunmuş, şirniyyatlar və çaylar autizmli uşaqlar tərəfindən təqdim olunmuşdur.

Ziyarət zamanı autizmli uşaqlarla birgə fincan boyama fəaliyyəti həyata keçirilmiş, daha sonra Səfirlik və Air Arabia tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunmuşdur. Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.

Aprel ayı Autizm Maarifləndirmə Ayı kimi qeyd olunur və bu ziyarət də cəmiyyətin inklüziv üzvlərinə dəstək məqsədi daşıyan sosial təşəbbüslərdən biridir.

Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı Autizmli uşaqlarla kreativ gün: BƏƏ və Air Arabia nümayəndələri fincan boyadı, xatirələr paylaşdı
Məqalədə: #BƏƏ #autizm #BƏƏ-nin Azərbaycandakı səfiri #Birgə və Sağlam İctimai Birliyi #Autizm sindromlu uşaqlar #Sosial inteqrasiya #Autizm Mərkəzi #Məhəmməd Əl-Bluşi

Mövzu üzrə digər xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

4 Sentyabr 17:00
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.