9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

ABŞ–İran danışıqları: Misir Qırmızı dənizi və Süveyş kanalını qorumaq istəyir

Qahirə bu diplomatik təmasları Qırmızı dənizdə gərginliyi azaltmaq və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini bərpa etmək məqsədilə həyata keçirir

30 Aprel 2025 18:00
ABŞ–İran danışıqları: Misir Qırmızı dənizi və Süveyş kanalını qorumaq istəyir

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

ABŞ ilə İran arasında Oman vasitəçiliyi ilə keçirilən danışıqların hər raundundan sonra Misirin qarşı tərəflərlə birbaşa diplomatik təmaslar qurmağa davam etməsi diqqət çəkir. Misirli diplomatik mənbələr və ekspertlər bildirirlər ki, Qahirənin əsas hədəfi Qırmızı dənizdə gəmiçiliyin əvvəlki normal vəziyyətinə qaytarılması və Yaxın Şərqdə qarşıdurmaların dərinləşməsinin qarşısını almaqdır.

Misirin Xarici İşlər Nazirliyi bazar günü axşam saatlarında açıqlama yayaraq, nazir Bədr Əbdül-Ətinin Oman sultanlığının xarici işlər naziri Bədr əl-Busəidi, İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof ilə telefon danışığı apardığını bildirib.

Nazirliyin məlumatına görə, Əbdül-Əti bu telefon danışıqları zamanı regiondakı vəziyyətin gedişatını, xüsusən də şənbə günü Oman paytaxtı Maskatda keçirilmiş ABŞ–İran danışıqlarının üçüncü raundunu müzakirə edib və tərəflərdən danışıqların son mərhələsi ilə bağlı məlumat alıb.

Misirin xarici işlər naziri Qahirənin danışıqlar və siyasi dialoq vasitəsilə həll yollarını dəstəklədiyini vurğulayaraq, bu cür təşəbbüslərin bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildirib. O, danışıqların balanslı bir siyasi razılaşma ilə nəticələnəcəyinə və bunun regionda gərginliyi azaltmaqla yanaşı, yeni bir sabitlik mərhələsinin başlanğıcını qoyacağına ümid etdiyini bildirib.

Qeyd olunur ki, Misirin xarici işlər naziri daha əvvəlki iki danışıqlar raundundan sonra da eyni tərəflərlə oxşar təmaslar qurmuşdu. Həmin görüşlərdən biri yenə Oman Sultanlığında, digəri isə Romada keçirilmişdi.

Yüksək səviyyəli Misirli mənbə bildirib ki, “Qahirə bu diplomatik təmasları Qırmızı dənizdə gərginliyi azaltmaq və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini bərpa etmək məqsədilə həyata keçirir”.

Həmin mənbə əlavə edib ki, Misir bu prosesdə İranın nüvə proqramı üzrə danışıqlarda Qırmızı dənizdəki gəmilərə təzyiq vasitəsi kimi yanaşmasına qarşı çıxır. Onun fikrincə, bu həm qlobal iqtisadi maraqlara, həm də Fələstin məsələsinə zərbə vurur. Qahirə bölgədəki problemlərə hərbi deyil, siyasi həll yollarının tapılmasını dəstəkləyir.

İranın dəstəklədiyi Yəməndəki husilər İsrailin Qəzzada apardığı müharibəyə cavab olaraq Qırmızı dənizdə İsrail və ABŞ-a məxsus gəmiləri hədəf almağa davam edir. ABŞ isə, prezident Donald Trampın əmri ilə son həftələr ərzində husilərə qarşı Yəməndə bir sıra hava zərbələri həyata keçirib və onları tamamilə məhv edəcəklərini bəyan edib.

ABŞ hökuməti İranı husiləri Yaxın Şərqdəki planlarını həyata keçirmək üçün vasitə kimi istifadə etməkdə ittiham edir.
Misir Yaxın Şərqdə sabitliyin təmin olunmasında maraqlıdır və buna görə də ABŞ–İran danışıqlarının uğurla nəticələnməsi üçün mənəvi dəstək verir.

Misir üçün ən vacib məsələlərdən biri İranın husilərə dəstəyinin dayandırılmasıdır. Çünki bu dəstək Qırmızı dənizdə gəmiçiliyə ciddi zərbə vurur və Süveyş kanalında milyardlarla dollar dəyərində gəlir itkisinə səbəb olur.

Prezident Əbdülfəttah əs-Sisi daha əvvəl bəyan etmişdi ki, Süveyş kanalı Yaxın Şərqdə Qəzza müharibəsi ilə əlaqədar yaranan münaqişələr və gəmiçiliyin hədəfə alınması səbəbindən təxminən 6 milyard dollar gəlirdən məhrum olub.

Misirin sabiq kəşfiyyat rəisi general Məhəmməd Rəşad bildirib ki, İran hələ razılaşma əldə olunmayanadək husiləri əlində “güclü kozır” kimi saxlayacaq. Qahirə bu reallığın fərqindədir və bölgədə, xüsusilə də Qırmızı dənizdə sakitliyin bərpası üçün Tehranla Vaşinqton arasında razılaşmanın əldə olunmasını vacib hesab edir.

General Rəşad əlavə edib ki, ABŞ-ın husilərə qarşı həyata keçirdiyi hava zərbələri bu silahlı qruplaşmanı tamamilə məhv etməyə kifayət etməyəcək. Onun fikrincə, bu problemi yalnız siyasi razılaşma həll edə bilər və Misir bu razılaşmanın əldə olunması istiqamətində aktiv rol oynayır. Eyni zamanda, Avropa İttifaqı da daxil olmaqla bir sıra beynəlxalq tərəfdaşlar da bu razılaşmanın əldə olunmasında maraqlıdır.

İranın rəsmi İRNA agentliyi xəbər verib ki, ABŞ və İran nümayəndələri arasında Oman vasitəçiliyi ilə keçirilən dolayı danışıqların üçüncü raundu Maskatda baş tutub. Bu mərhələdə hər iki tərəfdən texniki ekspertlər iştirak edib. Əvvəlki iki raundda isə əsasən danışıqların prinsipləri müzakirə olunmuşdu.

Həm ABŞ, həm də İran əvvəlki danışıqları “müsbət” qiymətləndirib. Lakin ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, əgər Tehran razılaşmanı qəbul etməzsə, ABŞ və İsrail İranın nüvə obyektlərinə hərbi zərbələr endirə bilər.

Vaşinqtonun əsas tələbi ondan ibarətdir ki, İran nüvə silahı əldə etməməli və ballistik raket proqramını ləğv etməlidir. Tehran isə bəyan edir ki, onun müdafiə qabiliyyəti heç bir halda danışıqlar mövzusu ola bilməz.

Məqalədə: #İran #Misir #Husilər #Qahirə #İran nüvə proqramı #İran və Husilər #Husilərin ideologiyası #Husilər və İran əlaqələri #Husilər və beynəlxalq ticarət #Husilər və ABŞ münasibətləri #İran nüvə sazişi #İran nüvə razılaşmasının gələcəyi #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #Husilərin Qırmızı dənizdə fəaliyyəti #ABŞ-İran arasında nüvə danışıqları #İranın Yəməndə husilərə dəstəyi #Husilərin raket hücumları #Husilərə qarşı ABŞ hərbi əməliyyatı 2025 #İranın dəstəklədiyi husilər #Yəməndə husilərə qarşı əməliyyat #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.