11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

1965-ci il Hindistan-Pakistan müharibəsi: Kəşmir uğrunda ikinci qarşıdurma

Kəşmir hazırda Hindistan, Pakistan və Çin arasında bölünüb. Çin bölgənin şərq hissəsini nəzarətdə saxlayır.

11 May 2025 12:00
1965-ci il Hindistan-Pakistan müharibəsi: Kəşmir uğrunda ikinci qarşıdurma

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Hindistanla Pakistan arasında 1965-ci ilin avqust-sentyabr aylarında baş verən silahlı münaqişə iki ölkə arasında Kəşmir bölgəsi uğrunda baş vermiş ikinci müharibə kimi tarixə düşüb.

Qeyd edək ki, Britaniya Hindistanının 1947-ci ildə parçalanmasından sonra Kəşmir Hindistana birləşdirilmişdi. Bölgənin əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir, Pakistan da bu əraziyə iddia edir. Kəşmir hazırda Hindistan, Pakistan və Çin arasında bölünüb. Çin bölgənin şərq hissəsini nəzarətdə saxlayır.

Rəsmi müharibə başlamazdan əvvəl – 1965-ci ilin yanvar-iyun aylarında Hindistanın Qucarat əyalətində, Rann of Kaççh duz bataqlıqlarında iki ölkə arasında gərgin toqquşmalar baş verib. Avqust ayında Pakistan ordusu Cammu və Kəşmir əyalətinə sızaraq Hindistan idarəçiliyinə qarşı üsyan törətməyə çalışıb. Hindistan bu cəhdə sərt cavab verərək sərhəd bölgələrində hərbi əməliyyatlara başlayıb.

Müharibə zamanı İkinci Dünya Müharibəsindən bəri ən böyük tank döyüşləri baş verib. Tərəflər minlərlə canlı qüvvə itirərkən, nəticə dəyişməz qalıb: hər iki tərəf özünü qalib elan etsə də, münaqişə əsasən nəticəsiz başa çatıb.

Müharibənin əsas səbəbi 1947-ci ildə Kəşmirin Hindistana birləşdirilməsi olub. Pakistan bu qərara qarşı çıxmış, bölgədəki müsəlman əhalinin istəklərinə uyğun olaraq Kəşmirin özünə birləşdirilməsini hədəfləyib. Hələ 1948-ci ildə ilk Hindistan-Pakistan müharibəsində BMT-nin vasitəçiliyi ilə əldə olunan atəşkəs bölgəni iki yerə bölüb. Lakin məsələ uzun illər həll olunmadan qalıb.

1965-ci ildə Pakistan ordusu “Qibralatar əməliyyatı” çərçivəsində Hindistanın nəzarətində olan Kəşmirə sızaraq yerli müsəlman əhali arasında üsyan qaldırmaq istəsə də, bu plan uğursuzluqla nəticələnib. Ardınca prezident Əyyub Xan “Grand Slam” əməliyyatı ilə bölgədə genişmiqyaslı hücumlara göstəriş verib. Hindistan ordusu isə qarşıhücumlara keçərək, Pakistanın Pəncab və Racastan bölgələrində əhəmiyyətli irəliləyişlər əldə edib.

Müharibə həmçinin havada və dənizdə də toqquşmalarla müşahidə olunub. BMT Təhlükəsizlik Şurasının 211 saylı qətnaməsindən sonra tərəflər 22 sentyabrda atəşkəsə razılaşıblar.

Hindistan bəzi ərazi qazancları əldə etsə də, münaqişə hərbi və siyasi baxımdan nəticəsiz qalıb. Pakistan Kəşmirin Hindistandan ayrılmasına nail ola bilməyib, lakin məsələni beynəlxalq diqqətə çıxarmağa nail olub. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hələ 1965-ci ildə bu qarşıdurmanın sona çatmadığını, gələcəkdə yenidən alovlana biləcəyini bildirib.

Məqalədə: #Pakistan #Hindistan #müharibə #Kəşmir məsələsi #Kəşmir məsələsi 1947 #Hindistan-Pakistan sərhəd gərginliyi #Kəşmir münaqişəsi 1965

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

10 Sentyabr 17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

10 Sentyabr 16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.