15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Bağdad gözdən pərdə asır, İran fürsətdən yararlanır: Ərəb sammiti ərəfəsində İraqda gərginlik

Bəzi xəbər portalları və sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, Bağdadın bəzi bölgələrindən şəhid şəkilləri çıxarılıb.

14 May 2025 12:00
Bağdad gözdən pərdə asır, İran fürsətdən yararlanır: Ərəb sammiti ərəfəsində İraqda gərginlik

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İrandan dəstək alan İraq fraksiyalarının tərəfdarları 17 mayda keçiriləcək Ərəb Liqası sammiti ərəfəsində Bağdad küçələrindən “şəhid”lərin – o cümlədən Haşdi-Şəbi, İran İnqilab Keşikçiləri Korpusu və Hizbullah liderlərinin şəkillərinin yığışdırılmasına etiraz olaraq "#şəkillərin_yığışdırılması_şəhidlərə_xəyanətdir" adlı geniş sosial media kampaniyasına start veriblər. İraqda bu addımın hökumət təlimatı ilə həyata keçirilib-keçirilmədiyi ətrafında ciddi müzakirələr gedir.

İrana bağlı qruplar bu fürsətdən istifadə edərək ərəb ölkələrinə qarşı hücumlar təşkil edir, Qasım Süleymani (keçmiş SEPAH komandiri/Suriya qəssabı), Əbu Mehdi əl-Mühəndis (Haşdi-Şaabi sədr müavini) və keçmiş Hizbullah baş katibi Həsən Nəsrullahın şəkillərinin yığışdırılmasını, Ərəb sammitində iştirak edəcək bəzi ərəb liderlərini razı salmaq məqsədilə atılmış addım kimi təqdim edirlər. Lakin bu iddiaları təsdiqləyən rəsmi və ya qeyri-rəsmi heç bir açıqlama yoxdur.

Bəzi xəbər portalları və sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, Bağdadın bəzi bölgələrindən şəhid şəkilləri çıxarılıb. Paylaşımlarda belə qeyd olunur:
Səhər tezdən hökumət qrupları işıqlanma dirəklərindəki şəhid şəkillərini endirməyə başlayır. Heç bir bəyanat, üzrxahlıq və ya ehtiram əlaməti yoxdur. Elə bil onlar Bağdadın simasında bir yük idilər.

Bəzi paylaşım və şərhlərdə isə Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəranın hədəfə alındığı, şəkillərin guya onunla bağlı çıxarıldığı, yerinə Suriya bayrağının şəkillərinin yerləşdiriləcəyi iddia olunur.

İraq parlamentinin Şəhidlər, Qurbanlar və Siyasi Məhbuslarla İş üzrə Komitəsi məsələ ilə bağlı sərt bəyanatla çıxış edib. Komitə bəzi rəsmi qurumlar tərəfindən şəhid şəkillərinin ümumi yolların kənarından yığışdırılmasını pisləyərək, bunu ölkənin əsas simvollarına qarşı açıq hörmətsizlik və onların mübarizəsinə qarşı ədalətsizlik adlandırıb.

Komitənin açıqlamasında deyilir:
Bu addımı vətənin gerçək simvollarına qarşı açıq təhqir və onların fədakarlıqlarına qarşı böyük haqsızlıq kimi qiymətləndiririk. Əgər bu insanların fədakarlıqları olmasaydı, bu gün nə ölkə ayaqda olardı, nə də indiki hakimiyyət mövcud vəzifə və imtiyazlardan istifadə edə bilərdi.
Şəhid şəkilləri bəzək və ya müvəqqəti afişalar deyil, əksinə onların verdiyi qurbanların əzəmətini əks etdirən canlı bir tarix kitabəsidir. Onları gizlətmək istəyənlər üçün bu, ayıbdır. Hökumət bu şəkillərlə fəxr etməli idi, onları gizlətməyə yox.

Komitə hökuməti bu addıma görə siyasi və mənəvi baxımdan tam məsuliyyət daşımağa çağıraraq, şəhid şəkillərinin əvvəlki yerlərinə dərhal qaytarılmasını və hətta ərəb nümayəndə heyətlərinin keçəcəyi yollarda daha da gücləndirilməsini tələb edib.

Həmçinin, Şəhidlər Fondu Nazirlər Kabinetinin Baş Katibliyi ilə koordinasiyada, şəhid şəkillərinin geri qaytarılması və yerləşdirilməsi üçün rəsmi kampaniyaya dərhal başlanmasını tələb edib:

Qeyd edək ki, Haşdi-Şaabi Rəhbərliyi isə Bağdadın Ərəb sammitinə hazırlığı çərçivəsində şəhid şəkillərinin yığışdırılması ilə bağlı yayılan məlumatları təkzib edib.

Təşkilatın Media İdarəsinin bəyanatında deyilir:
Şəhid şəkillərinin çıxarılması barədə yayılan iddialar tamamilə əsassızdır və onların məqsədi ancaq qarışıqlıq yaratmaq və çaşqınlıq törətməkdir.Şəhid şəkilləri yerlərində qalır və onlara xüsusi diqqətlə yanaşılır. Hazırda həmin şəkillərin saxlanılması və yenilənməsi istiqamətində rəsmi plan çərçivəsində tədbirlər görülür. Bu da təşkilatın onların fədakarlıqlarına olan sədaqətinin göstəricisidir.

Haşdi-Şəbi tərəfdarları isə media və sosial şəbəkələrdən rəsmi mənbələrə istinad etməyə, dezinformasiyaların yayılmamasına çağırıb.

Mübahisə davam etdiyi vaxt yerli mənbələr bildirir ki, "Seyyidüş-Şühəda" briqadasının üzvləri, Ərəb sammitindən əvvəl çıxarılan komandanın şəklini yenidən əvvəlki yerinə yerləşdiriblər. Bu hərəkət bəzi dairələr tərəfindən hazırkı vəziyyətə siyasi mövqe və konkret mesaj olaraq qiymətləndirilib.

Məqalədə: #İraq #Bağdad #Hizbullah #SEPAH #İraq Müqavimətinin Koordinasiyası #İraqda türkmənlər #İran və Hizbullah əlaqələri #İraq və Livan siyasəti #Həşdi-Şaabi #İraq və Livan müqavimət hərəkatı #İraqın siyasi sabitliyi #İraq hökuməti və radikal qruplar #İraqın beynəlxalq münasibətləri #SEPAH raket bölməsi #Hizbullah və Qəzza həmrəyliyi #Həşd əş-Şaabi nədir #Həşdin buraxılması ilə bağlı ABŞ təzyiqləri #Həşd əş-Şaabi qanunu 2025 #ABŞ İran danışıqları və Həşd məsələsi #Məhəmməd Şiə əs-Sudani Həşd mövqeyi #Tami Brus Həşd açıqlaması #Həşd əş-Şaabi və korrupsiya ittihamları #İraqda Həşd üzvlərinin sayı və maliyyələşməsi #Həşd əş-Şaabi seçkilərdə rol oynayırmı #İraqda Həşdin hüquqi statusu #Həşd əş-Şaabi ilə bağlı qanunvericilik dəyişiklikləri #Həşd əş-Şaabi İraqda nə rol oynayır? #Həşd əş-Şaabi qanunu nəyi dəyişəcək? #Həşd əş-Şaabi seçkilərə necə təsir edir? #Həşdin rəhbəri kim olacaq? #ABŞ-İran müzakirələrində Həşdin rolu nədir? #İraq parlamenti Həşd haqqında hansı qanunu qəbul edib? #Sepah və Suriya #İran Hizbullah əməkdaşlığı #Hizbullahın hərbi arsenalı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #SEPAH və Xamenei əlaqəsi #SEPAH və terror maliyyələşməsi

Mövzu üzrə digər xəbərlər

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Siyasət

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür

09:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

14 Sentyabr 07:26
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59

Son Xəbərlər

İraq beynəlxalq kredit reytinqini yüksəltmək istəyir
İraq beynəlxalq kredit reytinqini yüksəltmək istəyir
10:21
Məhəmməd bin Salman Qahirədə Əbdülfəttah əs-Sisi ilə görüşəcək
Məhəmməd bin Salman Qahirədə Əbdülfəttah əs-Sisi ilə görüşəcək
10:03
Bab əl-Məndəb avantürası: Tehranın alver kartına çevrilən silahlı dəstə
Bab əl-Məndəb avantürası: Tehranın alver kartına çevrilən silahlı dəstə
10:00
Tramp Səudiyyə Ərəbistanına yeni səfir seçib
Tramp Səudiyyə Ərəbistanına yeni səfir seçib
09:40
Asiya Çempionlar Liqasının yeni mövsümü gərgin oyunlarla başlayıb
Asiya Çempionlar Liqasının yeni mövsümü gərgin oyunlarla başlayıb
09:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.