14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Bakı Türk Ticarət Sərgisinə ev sahibliyi edir

23 May 2025 11:11
Bakı Türk Ticarət Sərgisinə ev sahibliyi edir

BAKI, AzerVoice

Türk dövlətləri arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə təşkil olunan Türk Ticarət Sərgisi 2025-ci il iyunun 10-dan 12-dək Baku Expo Center-də keçiriləcək.

AzerVoice xəbər verir ki, 23 may tarixində Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərginin mətbuat konfransı keçirilir.

Sərgi, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası kimi ölkələrin iştirakı ilə baş tutacaq.

Sərginin əsas məqsədi türk dövlətləri arasında ticarət, sənaye, texnologiya, xidmət və investisiya sahələrində əməkdaşlığı genişləndirmək və yeni bazarlara çıxış imkanlarını artırmaqdır.

Sərgi proqramı konfranslar, B2B (ikitərəfli işgüzar görüşlər), françayzinq müzakirələri, expo ziyarətləri və Bakı turu kimi müxtəlif tədbirləri əhatə edəcək. Əlavə olaraq, sərgi çərçivəsində “Türk Dövlətlərinin İqtisadi Gücü və Yatırım Fırsatları”, “Türk Dünyasında Qadın Sahibkarlığı”, “Türk Dünyasında Françayzinq və Markalaşma” kimi tematik panellər də təşkil ediləcək.

Sərgidə şirkətlər üçün ödənişli və ödənişsiz iştirak imkanları təklif olunur. Ödənişli xidmətlərə stend qurulması, tərcümə və turizm xidmətləri daxildir. Eyni zamanda sərginin ana sponsoru olmaq imkanı da mövcuddur. Sponsor paketləri 8.000$-dan başlayaraq 70.000$-a qədər dəyişir.

Qeyd edək ki, Türk dövlətlərinin ümumi əhalisi 178 milyon nəfəri, iqtisadi böyüklüyü isə 1.9 trilyon ABŞ dollarını ötür. Bu ölkələr arasında daxili ticarət dövriyyəsi də getdikcə artır. Ən çox ixrac olunan məhsullara neft, qaz, maşın və elektronika, kənd təsərrüfatı məhsulları, tekstil və qida məhsulları daxildir.

Fərid Mikayilov

Məqalədə: #Türk Ticarət Sərgisi #Baku Expo Center #Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23

Son Xəbərlər

Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
15:23
Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb
Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb
15:16
İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
15:02
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.